23:50 / 18-03-2024
Prezident xalqı təbrik etdi
22:44 / 18-03-2024
Petr Yan sıradan çıxıb
Bütün xəbərlər
Azərbaycan, Türkiyə və Pakistan generalları təlimləri izlədi - Video
Tarix: 20-09-2021 17:27 | Bölmə: Sosial

                       Azərbaycan, Türkiyə və Pakistan generalları təlimləri izlədi


Sentyabrın 20-də “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.  
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.
Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.
Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. 
Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.
Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!" olduğu diqqətə çatdırılıb.


Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər