“Qarabağda uğura vasitəçi olmaq şərəfdir” - Selçuk Bayraktar
Tarix: 16-09-2021 09:42 | Bölmə: Sosial

                   “Qarabağda uğura vasitəçi olmaq şərəfdir”


“İnanırıq ki, PUA-lar beşinci nəsil təyyarələrin belə sonunu gətirəcək”.
“Qafqazinfo” xəbər verir ki, bunu “CNN Türk”ə müsahibəsində Türkiyənin “Baykar” texnologiya şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O bildirib ki, gələcəyin ən güclü hava qüvvələri pilotsuz döyüş təyyarələri olacaq:
“Qarabağ Müharibəsindən sonra bu barədə müzakirələr olub. Siz yarışda qabağa çıxanda, qaçmağa davam etsəniz, digər ölkələrin sizə çatması çətin olar. Biz inkişaf etdirməyə davam etsək, bunun hər hansı bir xarici və ya daxili təsirlə qarşısı alınmazsa, belə də davam edər.
İndi bu texnologiyalara marağın artdığını görürük. “Baykar”ın da illərdir gəlirlərinin 70 faizindən çoxu ixracdan gəlir”.
“Bayraktar” Qarabağ Müharibəsinin göy üzündəki qəhrəmanı oldu” - Selçuk Bayraktar+Video
S.Bayraktar əlavə edib ki, bu, müdafiə sənayesi baxımından rekorddur:
“Türkiyədən aldıqları, bəlkə, bircə paxlava idi, amma indi PUA almaq istəyirlər. 10-dan çox ölkə ilə müqavilə imzalanıb. Beş ölkəyə ixrac edilib.
Qardaşım Haluk Bayraktara Ukraynada həm “Şərəf” ordeni verildi, həm də yeni bir medal aldı.
Atama, mənə və qardaşıma Qarabağ Müharibəsindən sonra medal verildi. Belə bir müharibədəki nailiyyətə vasitəçi olmaq yaşaya biləcəyimiz ən böyük şərəfdir.
Burada real bir uğur var və bütün cəmiyyət bunu görüb. Azərbaycandakı uğur bütün dünyanı düşündürdü”.


Baxış sayı: 53


Bölməyə aid digər xəbərlər