Bütün xəbərlər
Sumqayıtda karantin rejiminə nəzarət davam etdirilir
Tarix: 05-04-2021 20:50 | Bölmə: Sosial

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin eyni zamanda Polis İdarəsinin təşkilatçılığı ilə müxtəlif sahələri təmsil edən könüllü gənclər tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir. Təşkil edilən mobil qruplar vasitəsi ilə şəhərin mərkəzi küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunublar.
Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar və buna biganə qalan obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı mobil qruplar tərəfindən sakinlərin diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməyin vacibliyi çatdırılıb, fərdi profilaktik söhbətlər aparılıb, pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.


Sabaha-inamla.az


















Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu