Bütün xəbərlər
Zakir Fərəcov baş redaktoru mükafatlandırdı
Tarix: 24-07-2020 01:10 | Bölmə: Sosial

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Mətbuatın 145 illik yubileyi münasibətilə Sabaha-inamla.az xəbər portalının baş redaktoru Namiq Məmmədlini Fəxri Fərmanla təltif edib. Fəxri Fərmanda jurnalistin Sumqayıt şəhərinin mətbuatı sahəsindəki səmərəli fəaliyyəti qeyd olunub.
  Hörmətli Namiq müəllim, bir peşəkar jurnalist kimi sizin Azərbaycan jurnalistikasında öz dəsti-xəttiniz, öz xidmətləriniz var.Bu yolda çox əziyyət çəkmisiniz. Əminik ki, ölkə Prezidenti tərəfindən siz daha böyük mükafatlar alacaqsınız.

Sizi təbrik edirik. Uğurlarınız bol olsun!
Kamran Orucov



Baxış sayı: 925


Bölməyə aid digər xəbərlər