Bütün xəbərlər
TÜRKİYƏ SURİYADA ABŞ-IN QARŞISINA ŞƏRT QOYDU
Tarix: 24-01-2018 04:43 | Bölmə: Siyasət

         Türkiyə Suriyada ABŞ-ın qarşısına şərt qoydu

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Türkiyənin Suriyada ABŞ-la əməkdaşlıq etməsi üçün əsas şərti açıqlayıb. 
Bu şərt, Birləşmiş Ştatlar tərəfindən kürd döyüşçülərinə silah tədarükünün dayandırılmasıdır.
Onun sözlərinə görə, rəsmi Ankara Vaşınqtona dəfələrlə xəbərdarlıq edib ki, kürd silahlı birləşmələrinə silah verməsin.
"Əməkdaşlıq etməyimizin əsas şərti silah tədarükünün dayandırılması və verilən silahların geri alınmasıdır. Bunu öz müttəfiqlərimizdən gözləmək ən təbii haqqımızdır", - deyə B. Bozdağ bildirib.
Qeyd edək ki, ABŞ-ın kürd silahlı birləşmələrinə "gizli sövdələşmə" çərçivəsində zenit-raket kompleksləri verməsi barədə məlumat yayılıb.
Finmarket.AZ



Baxış sayı: 758


Bölməyə aid digər xəbərlər