21:59 / 05-11-2026
Müəllim məktəbli qıza təcavüz etməkdə ittiham edildikdən sonra intihar edib
21:55 / 05-11-2026
Rusiya və İran Rəşt və Astara arasında dəmir yolu tikintisi barədə razılığa gəliblər
21:51 / 05-11-2026
Slovakiya Prezidenti bildirib ki, Ukraynadakı münaqişə Avropanı yorur
21:47 / 05-11-2026
Viktor But Demokratların ABŞ ara seçkilərində niyə qalib gəldiyini izah etdi
21:42 / 05-11-2026
Rus qadını və qızını öldürən amerikalı ömürlük həbs cəzası alıb
21:38 / 05-11-2026
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
21:35 / 05-11-2026
Rusiyalı fiqurlu konkisürən Qorbaçova Yaponiyada keçiriləcək Qran Pri mərhələsinə dəvət olunub
21:31 / 05-11-2026
İran Təhlükəsizlik Şurasının katibi Rezai İran lideri Xameneidən Putinə mesaj çatdırdı
21:28 / 05-11-2026
Qara dənizin sahillərində nadir xallı delfin yenidən müşahidə edilib
18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
“Makron belə məhz İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib”
Tarix: 05-02-2022 15:29 | Bölmə: Siyasət
Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.
Azərbaycan və Ermənistan liderləri arasındakı görüş son vaxtlar iki ölkənin Xarici İşlər nazirləri arasında delimitasiya-demarkasiya ilə bağlı əldə edilən razılıqların tərəflər tərəfindən fərqli şərh edilməsi fonunda baş tutdu. Xatırlatmaq yerinə düşər ki, ötən il 11 yanvar tarixində baş tutan Moskva görüşündə əldə olunan razılıqların həyata keçirilməsi ilə bağlı tələblər son 1 il ərzində rəsmi Bakının İrəvan qarşısında qoyduğu mühüm şərtlər idi. Ermənistan işğaldan azad olunmuş rayonların mina xəritələrini Azərbaycana təhvil verməli, Zəngəzur dəhlizini açmalı və ölkəmizlə delimitasiya-demarkasiya ilə bağlı ilkin işlərə başlamalı idi. Rəsmi Bakının ötən bir il ərzində apardığı prinsipial, müntəzəm təzyiq nəticəsində İrəvan Bakının əsas tələblərindən bir neçəsini yerinə yetirdi və icrasına başladı, delimitasiya-demarkasiya məsələsi ilə bağlı isə danışıqlar davam etməkdədir.
Azərbaycanın tələblərinin bir-bir Ermənistan tərəfindən yerinə yetirilməsi, ümumdünya erməni diasporasının və Hayastanın müharibədən sonra növbəti dəfə ümidlərinin puça çıxdığı Bakının beynəlxalq qələbəsi fonunda baş tutmaqdadır. Məsələ burasındadır ki, ermənilərin bir çoxu Üçtərəfli Bəyanatın Qərb tərəfindən tanınmayacağını, Cənubi Qafqazdakı yeni reallıqlarla bağlı ABŞ ilə Fransanın barışmayacağını düşünərək Azərbaycanın qələbəsinə kölgə salınacağına böyük ümidlər bəsləyirdilər. Hərçənd, həmin ümidlərə ipucunu elə adları çəkilən dövlətlərin özləri vermişdilər.
Müharibə vaxtı və müharibənin bitməsindən bir qədər sonra müəyyən müddət ərzində ABŞ, Fransa və Qərbin bəzi parlamentlərində anti-Azərbaycan çıxışlarının edilməsi Paşinyan hökumətindən tutmuş Hayastanın daxilindəki revanşistlərə, eyni zamanda xaricdəki erməni diasporasının liderlərinə qədər hər kəsdə “Qarabağın statusu”, “qalibiyyətin tanınmaması” “Azərbaycan və Türkiyə “aqressordurlar” və s. kimi məsələlərlə bağlı uğur qazanacaqlarını düşünürdülər.

Lakin, son hadisələr bir daha göstərdi ki, hətta Fransa Prezidenti Emmanuel Makron belə məhz Azərbaycan lideri İlham Əliyevin başlatdığı yeni reallığı qəbul edib və bundan əvvəlki çıxışlarını unudaraq regionda Paris üçün göstərilən yol çərçivəsində hərəkət etməkdədir.
Dünən Emmanuel Makronun təşəbbüsü ilə baş tutan dialoq zamanı bir daha Azərbaycanın maraqları nəzərə alındı, Ermənistan XİN rəhbəri və digər siyasətçilərin qaldırdıqları “status” məsələsi gündəmə salınmadı, problem və münaqişə kimi terminlərdən istifadə edilmədi. O Makron, hansı ki, münaqişə, status və Dağlıq Qarabağ ifadələrini bəzi hallarda Nikol Paşinyandan daha çox istifadə edərdi.
4 fevral görüşündə Brüsseldə əldə olunan razılıqlara istinad edilərək davamlılığın önəmli olmasına toxunuldu. Xatırladım ki, Brüssel görüşü zamanı postmüharibə dövründə ilk dəfə olaraq Qərb de-yüre Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağın Azərbaycanın tərkibinə güc yolu ilə qaytarılması faktlarını qəbul etdi.
Eyni zamanda, həmin vaxt ilk dəfə olaraq azərbaycanlı itkin düşmüşlərin müqqədaratı Ermənistan qarşısında qaldırılmışdı.
Brüssel görüşündə Minsk qrupu və Dağlıq Qarabağ ifadələrindən istifadə edilməməsi Aİ və Fransanın rəsmi Bakının ortaya qoyduğu şərtləri qəbul etməsi demək idi.
Soçi və Brüssel görüşlərindən ötən iki aya yaxın vaxt ərzində bölgə ətrafında dəyişən geosiyasi proseslər, Qərb və Rusiya arasında ciddi şəkildə mümkün hərbi-siyasi toqquşma Azərbaycan və Ermənistan üçün də bir sıra sualları ortaya qoyurdu. Bu dəfə də, Brüssel görüşündə olduğu kimi rəsmi İrəvan Qərbin ədalətin yanında olan Azərbaycana üstünlük verdiyinin şahidi oldu.
Ukrayna böhranı fonunda fransalı siyasətçilər də daxil olmaqla Avropa İttifaqının nümayəndələrinin Azərbaycanın qapısında duraraq enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmələri yaxın 20 il ərzində ölkəmiz və qoca qitə arasında yeni enerji və nəqliyyat layihələrinin perspektivliyindən xəbər verir.
Eyni zamanda,dünən Avropa İttifaqının Azərbaycana 150 milyon deyil, Prezident İlham Əliyevin tələbinə uyğun olaraq 2 milyard avro verəcəyini bildirməsi Ermənistanda böyük məyusluqla qarşılandı. Sössüz ki, Azərbaycanın artan geosiyasi və geoiqtisadi çəkisi Bakının Brüssel, Vaşinqton və Moskva arasında Qarabağ mövzusunda istəyinə daha əminliklə çatacağından xəbər verir.
Təsadüfi deyil ki, son günlərdə həm Rusiya, həm də xüsusiylə Aİ tərəfindən Azərbaycana maraqlı təkliflər gəlməkdədi. Dünən baş tutan görüş zamanı Ermənistanın danışıqlar masasına gətirmək istədiyi mövzuların bir daha rədd edilməsi yeni danışıqlar formatının nədən ibarət olacağının göstəricisidir. Görüş zamanı sülh gündəliyinin davamı olaraq Azərbaycan - Ermənistan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.
Göründüyü kimi yuxarıda adı çəkilən bütün mövzular Azərbaycanın Ermənistan qarşısında qaldırdığı çağırışlardı. Görüşlə bağlı Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatlarında Qarabağ terminindən istifadə edilmədi, əvəzində “Zəngəzur”, “dəhliz”, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ifadələrinə yer verildi.

Hər iki siyasətçi Azərbaycanın Üçtərəfli Bəyanatdan sonra regionun nizamlanması ilə bağlı ortaya qoyduğu “yol xəritəsi”nə uyğun addım ataraq qıcıq doğuracaq terminləri növbəti dəfə “unutmuş” oldular. Bu isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında müzakirə ediləcək mövzular sırasında Qarabağ yoxdur, Xankəndi, Ağdərə və rus sülhməramlılarının müvəqqəti nəzarətindəki rayonlarla bağlı məsələ ölkəmizin daxili işidir.
Öz növbəsində, Azərbaycan lideri çıxışı zamanı işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində ölkəmizə beynəlxalq dəstəyin artırılmasının vacibliyinə toxundu, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşının həlak olduğunu, 165 nəfərin isə yaralandığını qeyd etdi. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verdi.
Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabartdı.
Prezidentin çıxışı zamanı Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqlar və onların yerlərinin dəqiq koordinatlarla Ermənistan tərəfindən verilməli olduğunu qeyd etməsi bir daha ölkə başçısının irili-xırdalı bütün məsələlərin diqqətində olduğunun, Azərbaycan insanının onun üçün önəmli və prinsipial əhəmiyyət daşıdığının göstəricisidir. Azərbaycan liderinin Ermənistanının vandalizm hərəkətlərinə eyham vuraraq - kütləvi məzarlıqlar ifadəsindən istifadə etməsi informasiya müharibəsi çərçivəsində bütün dünyanın bir daha erməni vəhşiliyinə diqqətini cəlb edəcək.
Xatırlatmaq yerinə düşər ki, Ermənistan Respublikası kütləvi məzar yerləri və münaqişə zamanı əsir-girov götürülməsi - saxlanması ilə bağlı məlumatları verməkdən indiyədək yayınırdı.
Beləliklə, 4 fevral Azərbaycan və Ermənistan liderləri arasında baş tutan növbəti görüş zamanı Brüssel və Soçi görüşlərinin davamı olaraq Bakının tələblərinin qəbul olunduğunun, danışıqların məhz prezident İlham Əliyevin bəyan etdiyi yol xəritəsinə uyğun davam etdiyinin şahidi olduq.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov
APA
Baxış sayı: 608
Bölməyə aid digər xəbərlər

4-11-2026, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.