18:52 / 05-11-2026
Kreml ABŞ seçkilərinin dizel müqaviləsinə təsirini şərh edib
18:31 / 05-11-2026
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
18:28 / 05-11-2026
Sevgililərinin əlindən öldü
18:24 / 05-11-2026
Baş verən yanğında bir uşaq ölüb
18:22 / 05-11-2026
Müğənninin atası oğlunun ölümü ilə bağlı nəzəriyyəsini bölüşdü
18:18 / 05-11-2026
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
18:15 / 05-11-2026
Zelenski ümid edir ki, ABŞ Konqres seçkilərindən sonra ona daha çox yardım edəcək
17:45 / 05-11-2026
Gözəllik kraliçası Comfort Williams Nigeriyada 25 yaşında vəfat etdi
17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
17:36 / 05-11-2026
Avropada bir neçə sərnişin təyyarəsi bomba təhlükəsi altında idi
21:23 / 04-11-2026
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
21:20 / 04-11-2026
Ekspertə görə, hazırda ABŞ-İran münaqişəsinin həlli üçün heç bir perspektiv yoxdur
21:15 / 04-11-2026
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
21:11 / 04-11-2026
Avropalılar ABŞ seçkilərində Respublikaçıların məğlubiyyətinə sevinir
21:05 / 04-11-2026
KXDR ABŞ ilə dialoqun mənasız olduğunu elan etdi
21:01 / 04-11-2026
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
20:50 / 04-11-2026
Serbiya Rusiya ilə uzunmüddətli qaz təchizatı müqaviləsinin vacibliyini vurğulayır
20:45 / 04-11-2026
Fabrikdə bir işçi rəhbərinə hücum edib
20:42 / 04-11-2026
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
20:39 / 04-11-2026
Peskov Ukrayna və ABŞ seçkiləri ilə bağlı danışıqların yeni mərhələsinin bir-biri ilə əlaqəli olmadığını bildirdi
20:36 / 04-11-2026
Çoxmərtəbəli mənzildə baş verən yanğında iki nəfər həlak olub
20:33 / 04-11-2026
Kreml Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı planlaşdırmır
20:31 / 04-11-2026
Dmitriyev və Lantratova Melaniya Trampla görüşdə Rusiyanı təmsil edəcəklər
20:27 / 04-11-2026
Qızının mobil telefonunu oğurladığına görə tanışını öldürüb
20:24 / 04-11-2026
ABŞ-da aralıq konqres seçkilərində Demokratlar liderlik edir
20:20 / 04-11-2026
Avstriyalılar 2027 IIHF Dünya Çempionatında Rusiya milli komandası ilə oynamaqdan imtina etdilər
20:15 / 04-11-2026
Professor: "Oğurlanmış Kazan İkonası sağ qala bilərdi"
20:09 / 04-11-2026
Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşanın Rzeszow şəhərinə, Ukrayna sərhədi yaxınlığında eniş edib
19:35 / 03-11-2026
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
19:30 / 03-11-2026
Günün ikinci təyyarəsi bomba təhlükəsi səbəbindən Varşavaya eniş etdi
19:24 / 03-11-2026
İki balıqçının cəsədi tapılıb
18:55 / 03-11-2026
Dəvələrin tutulmasının görüntüləri yayılıb
18:49 / 03-11-2026
Tramp İrana qarşı hərbi əməliyyatların davam etdirilməsinə icazə verdi
18:45 / 03-11-2026
Peskov: "APEC Zirvəsində Putin və Tramp arasında danışıqlar mümkündür"
18:39 / 03-11-2026
237 sm boyunda olan braziliyalı kişi ayağı amputasiya edildikdən sonra yenidən yeriyə bilib
15:52 / 03-11-2026
Siyasətçi Şmidt almanların Merzi necə adlandırdıqlarını izah etdi
15:47 / 03-11-2026
Lukaşenko Polşa hakimiyyətini mümkün etirazlar barədə xəbərdar etdi
Azərbaycan Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi - Fərman
Tarix: 09-05-2021 02:01 | Bölmə: Siyasət
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Fərmanda dəyişiklik edib.
“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, şirkətin strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqi təsdiq edir.
Şirkətin strukturuna daxil olan qurumların, həmçinin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.
“Şirkət tərəfindən yaradılan müəssisələr, təşkilatlar və digər təsisatlar” sözləri “Şirkətin strukturuna daxil olan qurumlar” sözləri ilə əvəz edilsin və həmin bəndə “aparılması” sözündən sonra “Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, bu Nizamnamə və AİH-nin müəyyən etdiyi qaydalar və ya AİH-nin razılığı ilə” sözləri əlavə edilib.
Şirkət tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən onun strukturuna daxil olan qurumlara həvalə edilməsi barədə qərarları Şirkətin Müşahidə Şurası qəbul edir.
Şirkətin idarə olunması
Şirkət öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Şirkətin korporativ idarəetmə standartları AİH tərəfindən təsdiq olunur.
Şirkətin ali idarəetmə orqanı onun Ümumi Yığıncağıdır. Şirkətin idarəetmə orqanları Müşahidə Şurası və kollegial icra orqanı – İdarə Heyətidir.
Ümumi Yığıncağın müstəsna səlahiyyətləri “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 nömrəli Sərəncamı ilə müəyyən edilir. Ümumi Yığıncağın müstəsna səlahiyyətlərinə aid edilməyən məsələlər barədə qərarlar nizamnaməsinə uyğun olaraq AİH tərəfindən qəbul olunur.
Şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Şirkətin Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) həyata keçirir. Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 7 (yeddi) üzvdən ibarətdir.
Şirkətin İdarə Heyətinin üzvləri Müşahidə Şurasına üzv təyin edilə bilməzlər. Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 3 (üç) ildir.
Müşahidə Şurasının vəzifələri aşağıdakılardır:
Şirkətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
Şirkətin İdarə Heyətinin fəaliyyətinə nəzarət etmək, AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq İdarə Heyəti üzvlərinin fəaliyyətini qiymətləndirmək;
İdarə Heyəti üzvlərinin, habelə Azərbaycan Respublikasının qanunları ilə yol verilməyən hallar istisna olmaqla, Müşahidə Şurasının üzvlərinin mükafatlandırılması qaydasını müəyyən etmək;
Şirkətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək, törəmə və asılı təsərrüfat cəmiyyətlərini yaratmaq, onların nizamnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
Şirkətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
Şirkətin risklərin idarə olunması, daxili audit və uyğunluğa nəzarət xidmətlərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək;
Şirkətin mərkəzləşdirilmiş fondlarını yaratmaq və onlardan istifadə qaydalarını müəyyən etmək;
Şirkətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti və daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) təsdiq etmək;
Şirkətin illik səmərəlilik göstəriciləri üzrə hədəfləri, habelə likvidliyin hədəf göstəricilərini, maliyyə dayanıqlığının artırılmasına dair hədəf göstəricilərini, eləcə də ortamüddətli biznes planının əsas göstəricilərini təsdiq etmək;
Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Şirkətin investisiya layihələrini və onların icrasına dair hesabatları, eləcə də Şirkətin inkişaf strategiyasının və biznes planının əsas göstəricilərinin icrasına dair hesabatı təsdiq etmək;
Satınalmalarla bağlı Şirkətin strategiyasını və daxili normativ sənədlərini təsdiq etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət vəsaiti (dövlət büdcəsi, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar) hesabına satınalmaları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun, digər hallarda isə Şirkətin daxili normativ sənədlərinin tələblərinə uyğun olaraq həyata keçirmək;
Şirkətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən çox məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı Ümumi Yığıncağa təkliflər vermək;
Aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
Şirkətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarət etmək;
Şirkətin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini yaratmaq, normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, Şirkətin maliyyə və digər hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
Şirkətin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
Şirkətin müstəqil auditorunu müəyyən etmək, bununla bağlı müqavilənin bağlanmasına, onun dəyişdirilməsinə və ona xitam verilməsinə razılıq vermək;
Audit Komitəsinin, daxili audit bölməsinin və müstəqil auditorun yoxlamalarının nəticələrinə dair tədbirlər görmək;
Mənfəətin və zərərin bölgüsünü, illik hesabatları və maliyyə hesabatlarını təsdiq üçün Ümumi Yığıncağa təqdim etmək;
Mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Şirkətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
Şirkətin filial və nümayəndəliklərini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
Bu Nizamnamə ilə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə, habelə Müşahidə Şurası haqqında AİH-nin təsdiq etdiyi əsasnamə ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
Müşahidə Şurası özünün səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini Şirkətin İdarə Heyətinə həvalə edə bilməz.
Şirkətin Müşahidə Şurasının üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər. Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi AİH-nin təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq həyata keçirilir.
Müşahidə Şurasının sədri üç ayda bir dəfədən az olmayaraq Müşahidə Şurasının iclasını çağırır və iclaslara sədrlik edir.
Müşahidə Şurasının iclaslarının keçirilməsi təşəbbüsü ilə Şirkətin Ümumi Yığıncağı, Müşahidə Şurasının üzvü və ya İdarə Heyətinin rəhbəri – Şirkətin prezidenti çıxış edir.
Müşahidə Şurasının iclasları onun üzvlərin bilavasitə iştirakı ilə əyani formada, informasiya texnologiyalarından istifadə etməklə distant formada, üzvlərin bilavasitə iştirakı olmadan qiyabi formada, yaxud qarışıq formada keçirilə bilər.
Müşahidə Şurasının iclasının gündəliyi iclasa ən azı 2 (iki) həftə qalmış korporativ katib vasitəsilə tövsiyələrin hazırlanması üçün AİH-yə göndərilir. AİH iclasa ən azı 1 (bir) həftə qalmış gündəliyə daxil edilmiş hər bir məsələyə dair tövsiyələrini hazırlayıb Müşahidə Şurasına göndərir.
Müşahidə Şurasının üzvlərinə, AİH-yə və iclasa dəvət olunmuş Şirkətin prezidentinə və digər şəxslərə iclasın keçiriləcəyi yer və vaxt (distant formada keçirilən iclaslara münasibətdə iclasın keçiriləcəyi vaxt), habelə AİH-nin tövsiyələri ilə birlikdə gündəliyə daxil edilmiş məsələlər barədə korporativ katib iclasa ən azı 1 (bir) həftə qalmış, zəruri sənədləri əlavə etməklə yazılı məlumat verir.
Müşahidə Şurasının əyani və distant formada keçirilən iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə, qiyabi formada keçirilən iclasları isə üzvlərin yarıdan çoxu səsvermə bülletenlərini imzaladıqda səlahiyyətlidir. Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarına Müşahidə Şurasının üzvü olmayan şəxslər də dəvət oluna bilərlər.
Müşahidə Şurasının iclaslarında qərarlar aşağıdakı qaydada qəbul olunur:
Müşahidə Şurasının əyani və distant formada keçirilən iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir;
Müşahidə Şurasının qiyabi formada keçirilən iclaslarında qərarlar üzvlər tərəfindən səsvermə bülletenlərinin imzalanması yolu ilə qəbul edilir;
Müşahidə Şurasının qarışıq formada keçirilən iclaslarında qərarlar bu Nizamnaməyə uyğun olaraq keçirilən səsvermə və səsvermə bülletenlərini imzalamış üzvlərin səsi nəzərə alınmaqla qəbul edilir;
Müşahidə Şurasının üzvü iclasın gündəliyinə daxil edilmiş istənilən məsələ barədə Ümumi Yığıncaq tərəfindən qərar qəbul edilməsi tələbi ilə AİH-yə müraciət edə bilər. Müraciətlə bağlı AİH qərar qəbul edənədək, həmin məsələyə Müşahidə Şurası tərəfindən baxıla bilməz;
İclasın gündəliyinə Müşahidə Şurasının üzvlərinin (sədr də daxil olmaqla) maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında AİH-yə ətraflı yazılı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir;
Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Müşahidə Şurasının iclaslarının nəticələri Müşahidə Şurasının sədri və korporativ katib tərəfindən imzalanmaqla protokolla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur.
Müşahidə Şurası bu Nizamnaməyə uyğun olaraq aşağıdakı komitələri yaradır:
Audit Komitəsi;
Təyinat və Mükafatlandırma Komitəsi;
Strategiya və İnvestisiyalar Komitəsi.
Korporativ katib AİH-nin təqdimatına əsasən Müşahidə Şurası tərəfindən Müşahidə Şurasının üzvü olmayan şəxslər sırasından vəzifəyə təyin və vəzifədən azad edilir və Müşahidə Şurasının sədrinə hesabat verir. Korporativ katib Müşahidə Şurasının iclasında iştirak edə bilmədikdə, Müşahidə Şurasının sədri onu əvəz edəcək şəxsi təyin edir.
Korporativ katib:
Müşahidə Şurasının iclaslarını təşkil edir;
Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifəni icra edir;
Müşahidə Şurasının iclasına aid materialları bu Nizamnamədə göstərilən qaydada və müddətdə AİH-yə və Müşahidə Şurasının üzvlərinə təqdim edir;
AİH ilə Müşahidə Şurasının üzvləri, eləcə də İdarə Heyəti arasında sənəd və məlumat mübadiləsini həyata keçirir;
Müşahidə Şurasının qərarlarının layihələrini hazırlayır, baxılması və imzalanması üçün Müşahidə Şurasının sədrinə təqdim edir;
Müşahidə Şurasının iclaslarının protokolunu tərtib edir və imzalanmaq üçün Müşahidə Şurasının sədrinə təqdim edir.
Müşahidə Şurasının qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
Şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 14 (on dörd) üzvdən – Şirkətin prezidentindən, Şirkətin birinci vitse-prezidentindən, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və vitse-prezidentdən ibarətdir.
Şirkətin İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
Şirkətin strukturuna daxil olan qurumların fəaliyyətinə dair illik iş planlarını və onların icra vəziyyətinə dair hesabatları təsdiq etmək;
Şirkətin mərkəzləşdirilmiş fondlarının yaradılmasına və istifadəsinə dair Müşahidə Şurasına təkliflər vermək;
Şirkətin strukturuna daxil olan qurumlar arasında qarşılıqlı münasibətlərin, məhsul, xidmət və işlərin qiymətlərini müəyyən etmək;
Şirkətin strukturuna daxil olan qurumların istehsal və təsərrüfat funksiyalarının tam və ya qismən mərkəzləşdirilməsinə dair qərar qəbul etmək;
Şirkətin xarici dövlətlərin aidiyyəti qurumları ilə birgə işinin mәqsәdәuyğunluğu barədə qərar qəbul etmək;
Şirkətin strukturuna daxil olan qurumlar arasında mübahisələrin həlli üçün tədbirlər görmək;
Bu Nizamnamə ilə Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll etmək.
İdarə Heyətinin rəhbəri ayda 1 (bir) dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvləri və Müşahidə Şurası çıxış edir. İdarə Heyətinin iclasında hər bir üzvün bir səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə qəbul edilir, səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
İdarə Heyətinin iclaslarına münasibətdə bu Nizamnamədə nəzərdə tutulmuş müddəalar tətbiq edilir. İdarə Heyətinin iclasları protokollaşdırılır.
Şirkətin prezidenti:
Şirkətin işini təşkil edir və onun cari fəaliyyətinə rəhbərlik edir;
Bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Müşahidə Şurasına təkliflər verir və sənədlər (o cümlədən Şirkətin illik və rüblük hesabatlarını, habelə strateji planlarının icrası barədə hesabatları) təqdim edir;
Şirkətin korporativ strukturunu və ştat cədvəlini Müşahidə Şurası ilə razılaşdırmaqla təsdiq edir;
Şirkətin qarşısında duran vəzifələrin yerinə yetirilməsini təmin edir;
Şirkətin Baş Ofisinin və Şirkətin strukturuna daxil olan qurumların səmərəli fəaliyyət göstərməsi üçün tədbirlər görür;
Ümumi Yığıncağın və Müşahidə Şurasının qərarlarının icrasını təmin edir;
Şirkətin Baş Ofisinin struktur bölmələrinin əsasnamələrini təsdiq edir, bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Şirkətin Baş Ofisinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə münasibətdə Şirkəti təmsil edir;
Bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Şirkətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
Şirkətin əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə edir, Şirkətin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir;
Şirkətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncamlar və əmrlər verir;
Müşahidə Şurası ilə razılaşdırmaqla, Şirkətin törəmə və asılı təsərrüfat cəmiyyətlərinin, həmçinin onun strukturuna daxil olan qurumların rəhbərlərinin müavinlərini vəzifəyə təyin və vəzifədən azad edir;
Aidiyyəti şəxslərlə Şirkətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdlərin təsdiqinə dair Müşahidə Şurasına təkliflər verir;
Ümumi Yığıncağın və Müşahidə Şurasının səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar qəbul edir.
Şirkətin prezidenti müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyətinin üzvlərindən biri icra edir.
Şirkətin İdarə Heyətinin üzvləri eyni zamanda Şirkətin strukturuna daxil olan müvafiq qurumun rəhbəri vəzifəsini tuta bilərlər.
Şirkətin İdarə Heyətinin üzvləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
Baxış sayı: 673
Bölməyə aid digər xəbərlər

Dünən, 20:42
Monteneqro və Albaniya sosial mediada Rusiyaya qarşı mübarizədə NATO-dan kömək istəyirlər
3-11-2026, 19:35
Üç ölkənin Avstraliyadakı səfirlərinin həyat yoldaşları Rusiya səfirinin həyat yoldaşı ilə bağlı qalmaqala səbəb olublar
2-11-2026, 18:38
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
2-11-2026, 17:33
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
2-11-2026, 16:40
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
2-11-2026, 16:24
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
1-11-2026, 20:19
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
1-11-2026, 17:48
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
1-11-2026, 10:58
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
29-10-2026, 10:05
Zaxarova Paşinyanın AİB hesabatına reaksiyasını aqressiv adlandırdı
28-10-2026, 20:40
Zelenskinin ABŞ-a yeni səfir təyin etməməsinin səbəbini izah etdi
28-10-2026, 15:47
“Dindarlar hər zaman dövlətimizin yanındadır” - Şeyx
27-10-2026, 15:36
İtaliya Ukraynaya təxminən bir ildir ki, hərbi yardım göndərmir
27-10-2026, 15:16
Putin Norveç və Finlandiya liderlərinə AB və NATO-nun qarşıdurma siyasətini göstərdi
26-10-2026, 21:00
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
26-10-2026, 09:19
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
25-10-2026, 10:19
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
22-10-2026, 23:36
Parçalanmış coğrafiyadan milli suverenliyə
22-10-2026, 23:18
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
22-10-2026, 15:40
Fransadakı qırğınların arxasında kimin dayandığını ekspert izah etdi
22-10-2026, 15:25
Əlverişli coğrafi mövqeyi Qubadlının mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsini şərtləndirir-Könül Nurullayeva
21-10-2026, 19:33
Merz Rusiyanın almanlara təsirini ən böyük narahatlığı adlandırdı
20-10-2026, 17:13
Asiya üzrə ekspert Kim Çen In haqqında şayiələri kimin və niyə yaydığını izah edib
20-10-2026, 11:51
Medvedev Rusiya və ABŞ-ı sistem düşmənləri adlandırdı
20-10-2026, 11:47
Medvedev ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı şərhində Nitsşedən sitat gətirdi
19-10-2026, 18:49
Politoloq Makronun taleyini proqnozlaşdırıb
19-10-2026, 18:36
"Le Figaro": ABŞ Ukraynanın təslim olmasını istəyir
18-10-2026, 18:44
Politoloq Fransadakı iğtişaşların əsas səbəblərini müəyyən etdi
18-10-2026, 18:30
Rusiya Səfirliyi: Danimarka Rusiyanın Deeskalasiya üzrə Dəniz təşəbbüsünü rədd etdi
17-10-2026, 10:06
Xalqın Ulu Öndərə göstərdiyi etimad dövlətçiliyin qorunmasında yeni mərhələnin əsasını qoydu-Könül Nurullayeva
16-10-2026, 18:59
Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır-Könül Nurullayeva
15-10-2026, 20:05
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
15-10-2026, 19:00
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
13-10-2026, 21:37
Azərbaycan Cənub-Şərqi Asiya coğrafiyası ilə də əməkdaşlığı genişləndirir-Könül Nurullayeva
13-10-2026, 20:28
Zaxarova Rusiya ilə əlaqəli gəmilərin ələ keçirilməsi üçün simmetrik tədbirlər görəcəyini bildirib.