22:59 / 24-06-2026
Bir kişi cəsədi tapılıb
18:56 / 24-06-2026
Ot yanğını söndürülür
Bütün xəbərlər
Bir kişi cəsədi tapılıb
Tarix: 24-06-2026 22:59 | Bölmə: Digər

 Şimali İngiltərədə yay gündönümü hadisəsindən sonra qətlə yetirilmiş kişinin cəsədi daş dairəsində uzanmış vəziyyətdə tapılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Derbişir polisi məlumat verib.
Mərhumun Nottinqemdən olan 26 yaşlı İsaak Kler-Uotts olduğu müəyyən edilib.
Bazar ertəsi (22 iyun – Red.) Stanton Lisdəki "Nine Ladies" daş dairəsində bir kişi cəsədi tapılıb.
Detektiv müfəttişi Toni Ouenin sözlərinə görə, gənc oğlan "ən qəddar şəkildə" qətlə yetirilib. 41 yaşlı kişi artıq qətl şübhəsi ilə həbs edilib.O, hazırda həbsdədir.
"Nine Ladies" daş dairəsi təxminən 3000-4000 il əvvələ aid olan Tunc dövrünə aid abidədir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər