Bütün xəbərlər
Türkiyənin hakim partiyası Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürdü
Tarix: 03-05-2018 13:19 | Bölmə: Siyasət

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyası aprelin 24-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyini rəsmi olaraq irəli sürüb. Trend-in məlumatına görə, bu barədə hakim partiyanın bu gün yaydığı bəyanatda qeyd olunur.
Məlumatda o da qeyd olunur ki, hazırkı prezident R.T.Ərdoğan, eləcə də müxalifətin - Milli Hərəkat Partiyasının namizədidir.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.


Baxış sayı: 747


Bölməyə aid digər xəbərlər