Bütün xəbərlər
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib
Tarix: 26-04-2018 22:50 | Bölmə: Siyasət
Aprelin 26-da Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirib.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ilk öncə toplantı iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilat olmasından, ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsinin onun yenilikçi və monolit partiya olması ilə əlaqələndirərək , partiyanın siyasi kursunun əsas aspektlərindən, rayon təşkilatının qarşıda duran vəzifələrindən danışıb. O, ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, üzvlük haqqlarının vaxtında toplanması, nümunəvi və zəif ərazi ilk partiya təşkilatları, iki ərazi ilk partiya təşkilatında sədrlərin dəyişdirilməsi posesini, ərazi ilk partiya təşkilatlarında  maarifləndirici  təbliğattədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının  diqqətinə çatdırıb.
Sonda Hikmət Şikarov yeni YAP üzvlərinə partiya  üzvlük vəsiqələrini təqdim etmiş, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının daima rayonun iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, rayonda əmək və ictimai fəallığı artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal məqsədyönlü şəkildə sosial siyasət apardığını ümummili lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və AXC-nin yaranmasının 100 illiyi münasibəti ilə keçirilən silsilə tədbirlərdə aktiv iştirak etməyi tövsiyyə edib.






Baxış sayı: 1 002


Bölməyə aid digər xəbərlər