Bütün xəbərlər
Seymur Nəsirov: Azərbaycanın yüksək səviyyəli seçkilər keçirmək təcrübəsi var
Tarix: 14-03-2018 15:30 | Bölmə: Siyasət

Aprelin 11-də keçiriləcək prezident seçkilərini Misirdə yaşayan azərbaycanlılar da yaxından izləyirlər. Bunu sechki-2018.az saytına açıqlamasında Misirdəki Azərbaycan diasporunun sədri, Qahirə Universitetinin müəllimi, tədqiqatçı alim Seymur Nəsirov deyib.Onun sözlərinə görə, Misirdə yaşayan soydaşlarımız Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir və bu seçkilərin Azərbaycan xalqı üçün uğurlu olacağına inanır: “Azərbaycanın yüksək səviyyəli seçkilər keçirmək təcrübəsi var.  İnanırıq ki, 11 aprel seçkilərində də dünyaya nümunəvi seçki modeli təqdim ediləcək”.

S.Nəsirov hesab edir ki, hər bir seçki ölkədə yeni inkişaf mərhələsinin və  islahatların başlanğıcı kimi xarakterizə olunur.
 “Azərbaycan artıq beynəlxalq aləmdə böyük nüfuza malik ölkədir. Ölkə bütün sahələrdə böyük uğurlara imza atıb. Bu mənada inanıram ki, 11 aprel seçkiləri Azərbaycan xalqı üçün yeni uğurların başlanğıcı olacaq”, - deyə diaspor sədri bildirib.


Baxış sayı: 813


Bölməyə aid digər xəbərlər