Bütün xəbərlər
ATƏT DTİHB-nin Azərbaycandakı müşahidə missiyasının işinin başlandığı tarix açıqlanıb
Tarix: 07-03-2018 21:40 | Bölmə: Siyasət

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyası martın 9-da Azərbaycanda prezident seçkiləri ilə bağlı rəsmi fəaliyyətə başlayacaq.
Trend-in xəbərinə görə, bu barədə ATƏT-in məlumatında deyilir.
Bildirilir ki, müşahidə missiyasının rəhbəri Korien Yonker missiyanın fəaliyyəti və rolu barədə mətbuat konfransında məlumat verəcək.
Fevral ayında Azərbaycanda səfərdə olan ehtiyacların qiymətləndirmə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməklə bağlı tövsiyə verib. DTİHB-ə səsvermə günü prezident seçkisini müşahidə etmək üçün 280 nəfərdən ibarət missiya və 30 uzunmüddətli müşahidəçi göndərməyi tövsiyə edilib.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.



Baxış sayı: 707


Bölməyə aid digər xəbərlər