Bütün xəbərlər
AzTV sədri: "Sirac şəhid olmaqla yanaşı, bir kişilik,vətənpərvərlik,peşəkarlıq məktəbi qoyub getdi"-VİDEO
Tarix: 29-08-2022 22:45 | Bölmə: Reportaj




   Bu gün-29 avqust Kəlbəcərdə mina partlayışı nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun doğum günüdür.

               

Bu münasibətlə Sumqayıt şəhərində yerləşən "Ceyran"şadlıq evində tədbir keçirilib.
   
   
     Tədbirdə AzTV-nin sədri Rövşən Məmmədov çıxış edib. O,Sirac Abışov haqqında bu sözləri deyib: "Azərbaycan Televiziyasının adından danışaraq demək istərdim ki, Sirac hər birimizin qəlbində, ruhunda,yaddaşında yaşayır.Şəhidlik uca bir zirvədi. Hər kəs o zirvəyə hətta, arzu etsə belə qalxa bilməz. Amma şəhidliklə yanaşı hər bir insanın keçdiyi bir ömür yolu da var. Sirac şəhid olmaqla yanaşı, bir kişilik,vətənpərvərlik,peşəkarlıq  məktəbi qoyub getdi.

                       

Siracın çəkdiyi hər bir kadr bir tarixdir. Onun içində bir yanğı, Vətən sevgisi var idi. Beş dəfə zəng gəldi ki, Sirac gəl səni dəyişək. Sirac arxada körpəsi, ailəsi varkən dedi ki,  mən bir azərbaycanlı kimi o kadrları çəkməliyəm, bütün dünyaya göstərməliyəm. Sirac belə bir oğul idi.  İşğaldan azad olunmuş bütün torpaqları qarşış-qarış çəkəndən sonra mən geri qayıdacam. Sirac bizim üçün bu gün bir idealdır, örnəkdir, bir nümunədir".
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az


Baxış sayı: 456


Bölməyə aid digər xəbərlər