Bütün xəbərlər
İsmayıllı rayonunda Novruz bayramı qeyd olunub
Tarix: 18-03-2022 23:39 | Bölmə: Reportaj


    18 mart 2022-ci il tarixində İsmayıllı rayonunda Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.

    Sabaha-inamla.az xəbər verir ki,Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə təşkil edilən tədbirdə hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərləri, RİH-nin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
     Əvvəlcə İsmayıllı rayon Regional Mədəniyyət İdarəsinin foyesində təşkil olunmuş Novruz sərgisinə baxış keçirilib. Özündə Novruz bayramının rəmzlərini, adət-ənənələrini əks etdirən sərgidə təhsil, mədəniyyət, folklor nümayəndələrinin, İsmayıllı sənətkarlarının, rəssamlarının əl işləri və istehsalat nümunələri, milli mətbəximiz, kənd təsərrüfatı məhsulları öz əksini tapıb. Torpaqlarımızın azad olunması və 2022-ci ilin Şuşa ili elan olunması ilə əlaqədar səmənilərdə və novruz xonçalarında Qarabağ və Şuşa yazıları üstünlük təşkil edib. Şagirdlər Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndiriblər.
    Havanın qarlı olmasına baxmayaraq tədbir açıq havada konsert proqramı ilə davam edib. Mərkəzi meydanda bayram tonqalı qalanıb. Azərbaycanın tanınmış müğənniləri, Lahıc və İvanovka folklor qurupları, Aşıqlar ansambılı bir-birindən fərqli ifalarla bayram iştirakçılarına xoş anlar bəxş ediblər.

 Sabaha-inamla.az



















Baxış sayı: 347


Bölməyə aid digər xəbərlər