Bütün xəbərlər
Sumqayıtda “Gənclər Həftəsi”nə start verildi
Tarix: 29-01-2022 00:36 | Bölmə: Reportaj

“2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə 27 yanvar 2022-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Təhsil şöbəsi nəzdində Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində mövcud pandemiya qaydalarına uyğun olaraq “Gənclik yeni zəfərlərə doğru” adlı breyn-rinq formatında bilik yarışı keçirilmişdir.
Məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn məsələlərin həlli, 2 Fevral – Azərbaycan Gəncləri Gününün qeyd edilməsi, gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Yarışda şəhərin ümumtəhsil məktəblərini təmsil edən şagirdlərdən ibarət komandalar iştirak etmişdir. Bilik yarışının yekun nəticəsinə əsasən I yeri 12 nömrəli məktəbin “Tusi”, II yeri 13 nömrəli məktəbin “Zəka”, III yeri isə 22 nömrəli tam orta məktəbin “Zəfər” komandaları tutmuşdur.
Qalib komandalar Baş İdarənin fəxri fərman, medal və hədiyyələri ilə təltif edilmişdir.
Qeyd edək ki, 27 yanvar – 2 fevral tarixlərində “Gənclər Həftəsi” çərçivəsində Baş İdarə tərəfindən gənclərin maraq və istəklərinə uyğun silsilə tədbirlərin həmçinin həvəskar idman yarışlarının keçirilməsi nəzərdə tutulub.

Sabaha-inamla.az












Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər