Neftçalada şəhid xatirə kompleksinin açılışı oldu - Fotolar
Tarix: 05-11-2021 12:39 | Bölmə: Reportaj

                    Neftçalada şəhid xatirə kompleksinin açılışı oldu



Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala rayonu Qaçaqkənd kəndində şəhid xatirə kompleksinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Dövlət Himni səslənib, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb.
M.Seyidov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunuda qeyd edib.
27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur.
Təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi və Prezident İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, “Qubadlının azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, “Cəsur döyüşçü” medalı ildönümü qeyd olunan şəhid Fərid Əsgərovun ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.





Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər