Bütün xəbərlər
Kamera ve orqan musiqi zalında-Zəfər Gününə həsr olunmuş konsert-VİDEO+FOTOLAR-Şəhid övladlarına hədiyyələr verildi
Tarix: 04-11-2021 16:23 | Bölmə: Reportaj
                     
   Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqi zalında
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi,Azərbaycan

                     
Dövlət Akademik Filarmoniyasının birlikdə təşkil etdiyi "Gənclərə dəstək" layihəsi çərçivəsində Zəfər Gününə həsr olunmuş konsert keçirilib.
            

    Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Incəsənət gimnaziyasının,Bakı Musiqi Akademiyasının,Bülbül adına orta ixtisas musiqi məktəbinin, Milli Konservatoriya, Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin tələbələri öz maraqlı ifaları ilə yadda qalıblar.
    Şəhid Hikmət Səfərovun oğlu Anar Səfərov hər bir ifaçıya "Təşəkkürnamə" təqdim edib.

             
     Sonda əməkdar artist, tanınmış pianoçu Nərgiz Əliyeva tədbirdə iştirak edən bir neçə şəhid övladına hədiyyələr verib.
           

    Zəfər bayramınız mübarək!Bizə bu zəfər sevincini yaşadan şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə isə can sağlığı diləyirik!

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
                         
Sabaha-inamla.az tədbirdən çəkilən foto və videoları təqdim edir:
              
                    

              
































Baxış sayı: 933


Bölməyə aid digər xəbərlər