Bütün xəbərlər
Şəhid polkovnik-leytenantın xatirəsi anıldı - Fotolar
Tarix: 21-10-2021 16:41 | Bölmə: Reportaj

                   Şəhid polkovnik-leytenantın xatirəsi anıldı


“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin xatirəsinə həsr olunmuş “Ölməz qəhrəmanlar” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə qəhrəmanımız haqda videoçarx yayımlanıb.
Tədbirin moderatoru “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın daim təbliğ edilməsinin, hər bir şəhidin qəhrəmanlıq salnaməsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda şəhid komandir, polkovnik-leytenant Anar Əliyevin ailə üzvləri öz hisslərini bildirib, qəhrəmanlıq zirvəsinə ucalmış bir hərbçinin əmanətləri olmaqdan qürur duyduqlarını ifadə edib, gənclərimizə şəhidlərimizin xatirəsini uca tutmağı tövsiyə ediblər.






Baxış sayı: 290


Bölməyə aid digər xəbərlər