Bütün xəbərlər
Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar
Tarix: 15-09-2021 15:44 | Bölmə: Reportaj

                    Suraxanıda şəhid doğum günündə anıldı


Suraxanı rayonunda şəhid İsabala Hüseynovun doğum günü münasibətilə onun xatirəsi yad edilib.
“Qafqazinfo” xəbər verir ki, şəhidin adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş xatirə abidə kompleks Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, müavinlərinin və digər rəsmi şəxslərin iştirakı ilə ruhu ehtiramla yad edilib, həmçinin, onun dəfn olunduğu Əmircan qəsəbəsində məzarı ziyarət edilərək dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb.
İcra başçısı Əziz Əzizov şəhidin ailəsinə bir daha dərin hüznlə baş sağlığı verərək, səbr diləyib, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açıb: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir”
2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə fəal iştirak edərək igidlik və fədakarlıq göstərən İsabala Hüseynov Laçın döyüşləri zamanı şəhid olub.
O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.








Baxış sayı: 275


Bölməyə aid digər xəbərlər