Bütün xəbərlər
Sumqayıt komandası Respublika birincisi oldu.
Tarix: 14-09-2021 19:54 | Bölmə: Reportaj

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində 8-13 sentyabr 2021-ci il tarixlərində Reqbi-7 idman növü üzrə respublika birinciliyi keçirilmişdir. Yarışda ümumilikdə 8 komanda - Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir, Gədəbəy, Mingəçevir və Qəbələ komandaları iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə Sumqayıt komandası bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahib olmuşdur.
Qeyd edək ki, yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilmişdir.

Sabaha-inamla.az







Baxış sayı: 309


Bölməyə aid digər xəbərlər