22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 6-cı sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Tarix: 22-08-2021 01:46 | Bölmə: Reportaj
Baxış sayı: 636
Bölməyə aid digər xəbərlər
Tarix: 22-08-2021 01:46 | Bölmə: Reportaj

Avqustun 21-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, 6-cı sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 14 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2020-ci ilin sentyabr ayında başlanılıb. Kompleks qərargah, 8 mənzilli yaşayış binası, hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, 2 avtomobil saxlancı və yardımçı binadan ibarətdir. Ərazidə 65 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb, generator qoyulub, avtomobillərin yuyulması yeri, xidməti heyvanların saxlanması və əmlakları üçün anbarlar və mətbəx yaradılıb, helikopter meydançası inşa edilib.
Sərhəd zastavasının xidməti ərazisinin və dislokasiya yerinin mühafizəsi üçün 13 sabit və 2 idarəolunan kamera sistemi, 1 kilometr radiusa malik 2 projektor quraşdırılıb, 4 müşahidə qülləsi təmir olunub. Bununla da 1-ci sərhəd komendantlığı tam şəkildə kamera sistemi ilə təchiz edilib. Xidməti ərazidə 14 kilometr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib, isinmə məntəqəsi və körpü əsaslı təmir olunub.
Qərargah binasında əsgərlər üçün 48 yerlik yataqxana, subay zabitlər üçün 8 yerlik istirahət otağı, sinif, silah, rabitə və iş otaqları, 28 yerlik yeməkxana, mətbəx, anbar, qurutma otağı və sığınacaq vardır. Yaşayış binasındakı hər biri iki otaqdan ibarət olan 8 mənzil mebel dəstləri, mərkəzləşmiş istilik sistemi, televizor, soyuducu və paltaryuyanla təmin olunub.
Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında sizlər yaşayacaqsınız. Bura sizləri bir ailə kimi birləşdirəcəkdir. Sizin yaşayışınız, uşaqların asudə vaxtlarının səmərəli keçməsi, eyni zamanda xidmətin təşkili üçün hər cür şərait yaradılıb. Bütün bunlar həm rahat yaşayışı, həm də xidmətin düzgün təşkilini təmin edəcək. Sizlər də yaradılanları gərək qoruyasınız ki, sizdən sonra buraya gələnlər də rahat yaşaya və xidmətlərini davam etdirə bilsinlər. Bu, Azərbaycan dövlətinin öz ordusuna, onun zabitlərinə və ailələrinə olan diqqətidir. Yaradılan şərait imkan verəcək ki, dövlət sərhədləri etibarlı qorunsun, Vətənə sədaqətlə xidmət təşkil edilsin.
Ali Məclisin Sədri sərhədçi ailələrinə yeni mənzillərində rahat yaşayış, xidmətdə olanlara isə xidmətlərində uğurlar arzulayıb.
Sona Orucova sərhədçi ailələri adından göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra şəxsi heyətlə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 6-cı sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini və sərhədçi ailələrini təbrik edərək deyib: Azərbaycan müstəqillik qazandıqdan sonra milli sərhəd qoşunlarının yaradılmasına ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanmışdır. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu Öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci sərhəd dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Azərbaycan öz müstəqil yolu ilə getməyə başlayanda respublikamızda sərhəd dəstələri yaratmaq zərurəti meydana çıxdı. O cümlədən Naxçıvan Muxtar Respublikasında da bu problemi həll etmək lazım idi. Biz bu problemi həll etdik. Rusiya Federasiyası ilə danışıqlar apardım və nəhayət, o vaxt burada yerləşmiş, keçmiş Sovet İttifaqına mənsub olmuş, sonra Rusiya Federasiyasının sərəncamında olan 41 nömrəli sərhəd dəstəsinin bütün əmlakı Naxçıvan Muxtar Respublikasının sərəncamına keçdi. Bu, bizim tariximizdə çox mühüm hadisədir”.
Ali Məclisin Sədri deyib: Dahi şəxsiyyət Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ordu quruculuğu tədbirlərinin tərkib hissəsi kimi sərhəd qoşunlarının inkişafını, xüsusilə də Naxçıvanda nümunəvi və peşəkar sərhəd qüvvələrinin formalaşdırılmasını diqqətdə saxlamışdır. Bu yolu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada sərhəd qoşunlarının təşkilatlanması istiqamətində sistemli tədbirlər görülmüşdür. Dövlət başçısının müvafiq Sərəncamları ilə 2004-cü ildə “Naxçıvan” Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci ildə isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmışdır.
Qeyd olunub ki, müstəqillik illərində muxtar respublikada sərhədlərimizin mühafizəsi işi təkmilləşdirilmiş, xidməti-döyüş fəaliyyəti gücləndirilmişdir. Ötən dövrdə diviziyada geniş quruculuq işləri aparılmış, mərkəzi qərargah, sərhəd komendantlıqları və zastavaları üçün müasir komplekslər tikilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış, müasir idarəetmə sistemi yaradılmışdır. Sərhədçilərin sosial-məişət şəraiti də yaxşılaşdırılmış, zabit-gizir ailələri üçün xidməti yaşayış binaları istifadəyə verilmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şəraitdən səmərəli istifadə edərək qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir, 234 kilometrlik dövlət sərhədimizi etibarlı mühafizə edir.
Ali Məclisin Sədri xidməti-döyüş fəaliyyətlərini uğurla yerinə yetirdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirib.
“Sərhəd ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədçi olmaq isə böyük məsuliyyət və şərəf işidir”,- deyən Ali Məclisin Sədri bildirib ki, ona görə də hər bir sərhədçi döyüş hazırlığını daim artırmalı, silah və texnikalardan istifadə vərdişlərinə mükəmməl yiyələnməli, sərhədlərin mühafizəsi ilə yanaşı, həm də təxribatçı qüvvələrə qarşı mübarizə aparmalı, fədakarlıq göstərməlidir. Sərhədi qorunan ölkədə inkişaf və sabitlik davamlı olur. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhədindən başlayır. Bizim sərhədlərimiz dost üçün açıq, düşmən üçün bağlı olmalıdır. Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha da möhkəmlənməsi üçün sərhəd nəzarəti ən yüksək səviyyədə olmalıdır”.
Ali Məclisin Sədri şəxsi heyətə bu vəzifələrin icrasında uğurlar arzulayıb, zastava kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib: Dövlətimizin qayğısı ilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara qayğı göstərilir. Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. 6-cı sərhəd zastavası üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Niyaməddin Tağıyev yaradılan şəraitə görə minnətdarlıq edib.
Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.
Əsgər Ariz Əhmədov minnətdarlıq edərək deyib: “Yaradılan şəraitin qarşılığında biz də Vətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, sərhədçi adını daim uca tutacaq, göstərilən etimadı doğruldacağıq”.
Zastavada silah-sursatı doldurub-boşaltma yeri, sıra meydanı, voleybol və futbol meydançası, atəş, mühəndis hazırlığı yerləri, idman və təlim şəhərciyi salınıb. Şəxsi heyətin artilleriya və aviasiya zərbələrindən qorunması üçün yeraltı sığınacaq və müdafiə səngərləri düzəldilib. Ərazidə istirahət guşəsi, uşaq əyləncə yerləri və nəzarət-buraxılış məntəqəsi yaradılıb.
Zastavanın həyəti də abadlaşdırılıb, müasir işıqlandırma sistemi və qazanxana quraşdırılıb, 4 subartezian quyusu qazılaraq nasos qoyulub, asfalt örtüyü verilib, kanalizasiya xətti çəkilib, 2 hektar sahədə yaşıllıq salınıb, ərazidə 1700 meyvə tingi, 635 yolka, 36 çinar, 365 dekorativ ağac və 1300 müxtəlif gül kolu əkilib.
Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “NİVA” markalı dörd xidməti avtomobil təqdim olunub. Ali Məclisin Sədri avtomobillərə baxıb.
Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili barədə müvafiq tapşırıqlar verib.
Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.
Baxış sayı: 636
Bölməyə aid digər xəbərlər
12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR




















