Bütün xəbərlər
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatdı - Fotolar
Tarix: 15-07-2021 02:50 | Bölmə: Reportaj

                   “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatdı


Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bir ay davam edən seminarın bağlanış mərasimində çıxış edən “ADA” Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışıb. Daha sonra “ADA” Universitetinin prorektor müavini, İxtisasartırma Programlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib.
Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib. Seminar iştirakçıları isə bu seminarların təşkilindən məmnunluğunu ifadə ediblər.
Sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər şəxsləri iştirak edib.
Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri təcrübələrini bölüşüblər.









Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər