22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
Sumqayıtda “Yay məktəb”i sevinci-“Kaş ki, hər il keçirilsin”- Reportaj (FOTO)
Tarix: 27-06-2021 17:22 | Bölmə: Reportaj
Təhsil Nazirliyi bir il ərzində pandemiya səbəbindən təhsildə yaranan boşluqları aradan qaldırmaq üçün orta ümumtəhsil məktəblərində "Yay məktəb”lərini təşkil edib.
Nazirliyin jurnalistlər üçün təşkil etdiyi mediatur çərçivəsində biz də "Yay məktəb”ini yaxından izləmək şansı əldə etdik. İlk üz tutduğumuz təhsil ocağı isə Sumqayıt şəhər 9 saylı orta məktəbi oldu. Məktəbin həyətinə daxil olar-olmaz bir qələbəliklə üzləşdik.
Şagirdlərin bir qismi xalça üzərində müxtəlif oyunlar keçirir, kimi voleybol oynayır, kimi rəsm, əl işləri ilə diqqət çəkir. Dövrə vurub rəqs edənlər, musiqi ifa edənlər isə "Yay məktəbi”nə xüsusi bir rəng qatdılar.
Diqqət çəkən "Azərbaycan” mahnısının ifaçıları – "4 b” sinfinin şagirdləri bizimlə söhbətdə "Yay məktəbi” ilə bağlı təəssüratlarını bölüşdülər:”Burada həm əylənirik, həm də dərs oxuyuruq. "Yay məktəbi”ndə dərslər daha maraqlı olur, çünki açıq havada keçirilir. Bu gün həm mahnı oxuyacaq, həm rəsm çəkəcək, həm də əl işləri ilə məşğul olacağıq”. İbtidai sinif müəlliməsi Aytəkin Səlimova da söhbətə qoşularaq şagirdlərinin uğurlarından danışdı:” "4 b” sinfinin şagirdləri bu il keçirilən "Xarıbülbül” festivalında ikinci yerə layiq görüldülər və diplomla təltif olundular: "Şagirdlərimizin həm də gözəl əl işləri var. Hazırda dərslərə 10 şagird qoşulub. Daha çox şagird iştirak etmək istəyirdi, amma əksəriyyət yay fəsli olduğu üçün rayonlara üz tutub”.
Aytəkin müəllimə onu da əlavə edib ki, yay məktəbində şagirdlərin qiymətləndirilməsi ənənəvi qaydada aparılmayacaq: "Burda qiymətləndirmə fərqlidir, şagirdləri daha çox həvəsləndiririk, mükafatlandırırıq. Məsələn, riyaziyyatdan yarışlar keçirir, əyləncəli oyunlar təşkil edirik”.
"Mən böyüyəndə həkim olacağam”, deyən birinci sinif şagirdi Nuray Müslümova isə sinif yoldaşı Məhəmmədi necə müalicə etdiyini hər kəsə nümayiş etdirdi.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin (SŞTŞ) müdiri Arzu Alızadə isə bizimlə söhbətdə qeyd etdi ki, gələn il "Yay məktəbi”nə maraq daha çox olacaq: "2020-ci ilin sentyabr ayından başlanan Vətən Müharibəsi dövründə məcburiyyətdən məktəblərə payız tətili verilmişdi. "Yay məktəbi”nin yaradılmasında məqsəd həmin dövrdə yaranan boşluğun aradan qaldırılması idi. Valideynlər arasında müəyyən narazılıqlar olsa da, düşünürəm ki, onlar bu şəraiti gördükdən sonra növbəti illərdə övldlarını "Yay məktəbi”nə göndərməyə daha maraqlı olacaqlar. Məsələn, bu il Sumqayıt şəhəri üzrə 5500-ə yaxın şagird qatılıbsa, mənə elə gəlir ki, gələn il "Yay məktəbi”nə daha çox şagird qoşulacaq. Burda məqsəd yaradıcılıqla yanaşı, şagirdlərin fənnlər üzrə geriləmələrini aradan qaldırmaq, eyni zamanda, onların istirahətlərini təşkil etməkdir”.
SŞTŞ-nin müdiri dərslərin beş gün keçirilməsi səbəbinə də aydınlıq gətirdi: "Yay məktəbi”ni açıq havada təşkil etmək imkanı yaradılır, burada pandemiya qaydalarına riayət etmək daha asandır. Bu baxımdan da dərslər beş gün keçirilir. Qeyd etməliyəm ki, bu məktəbin təşkil olunması bir daha bizə müəllim-şagird münasibətlərinin yenidən, daha sıx qurulmasına şərait yaratdı”.
Mediatur çərçivəsində Sumqayıt şəhər 25 saylı orta məktəbinə də yollanırıq. Məktəbin geniş akt zalında şagirdlər arasında intellektual oyunlara qatılırıq. Şagirdlərin demək olar ki, əksəriyyəti müəllimənin zərfdən çıxardığı suallara düzgün cavab verdilər.
Məktəbin ən fəalları-"6 ç” sinfinin şagirdləri bizimlə söhbətdə "Yay məktəbi”nin təşkil olunmasından məmnun olduqlarını dilə gətirdilər:”Pandemiya dönəmində bir müddət dərslərimiz distant oldu, internetimiz olmadı, onlayn dərslərə qoşula bilmədik. Həmin dönəmdə başa düşmədiklərimizi indi yay məktəbində öyrənirik, biliklərimizi daha da təkmilləşdiririk. Məktəbin həyətində də əyləncəli oyunlar təşkil edilir. Çox sevinirik ki, biz yay məktəbinə qoşulmuşuq”.
Oyunlar demişkən, məktəbin həyətində voleybol oynayan uşaqlar da diqqətimizi çəkdi, hətta onlara qoşulub, biz də uşaqlığımızı xatırlayırıq… 5-ci sinif şagirdi Nigar Muradzadə bizimlə söhbətdə dedi ki, hər il "Yay məktəbi” nin təşkil olunmasını arzulayır: "Məktəbi çox sevirik. Müəllimlər bizə əyləncəli yarışlar təşkil edir, biliklər verirlər. Məktəbdən olimpiadalara gedirik, medal, sertifikatlarımız var. Öz arzumla "Yay məktəbi”nə gəldim. Evdə qalmaqdansa, məktəbə gəlmək daha yaxşıdır”.
Voleybolçulardan ayrılıb məktəblilərin təşkil etdiyi tarixi şəxsiyyətlərlə bağlı kiçik teatrı da izləyirik.
Yeri gəlmişkən, mediatur çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də maraqla qarşılandı. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və "Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak etdi. Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışdı, uğur əldə etmənin sirrini onlarla bölüşdü. Toğrul Səməd isə öz növbəsində maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşdü.
Qeyd edək ki, "Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. "Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.(musavat.com)

Baxış sayı: 734
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR