Azərbaycan və Türkiyə Prezidentləri “Xan qızı” bulağında - Video
Tarix: 16-06-2021 01:07 | Bölmə: Reportaj

                   Azərbaycan və Türkiyə Prezidentləri “Xan qızı” bulağında


Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada “Xan qızı” bulağında olublar.
"Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidentinə “Xan qızı” bulağı haqqında məlumat verilib.
Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

                


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər