14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
BDU-da işğaldan azad edilmiş ərazilərin faydalı qazıntılarının tədqiqinə dair elmi konfrans keçirilib
Tarix: 24-05-2021 15:19 | Bölmə: Reportaj


Bakı Dövlət Universitetində (BDU) işğaldan azad edilmiş ərazilərimizin ekoloji problemlərinin öyrənilməsi, faydalı qazıntı yataqlarının, qiymətli metal mədənlərinin ermənilər tərəfindən talanması və bu kimi aktual mövzularda akademik layihələr uğurla davam edir.
BDU-nun Geologiya fakültəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin faydalı qazıntılarının tədqiqinə həsr olunmuş “Geologiya: problemlər, perspektivlər” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, moderator, Geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova işğaldan azad edilmiş ərazilərin çox böyük su təchizatı və sənaye-rekreasiya imkanlarına, həmçinin faydalı qazıntı - təbii xammal potensialına malik olduğunu, Qarabağın işğaldan azad olunmasının Azərbaycan iqtisadiyyatına töhfə verəcəyini vurğulayıb. O, konfransa respublikamızın 11 elm və təhsil müəssisəsindən və istehsalat təşkilatlarından təqdim olunan 84 məqalə və tezisin təşkilat komitəsi tərəfindən müsbət qiymətləndirildiyini deyib.
Konfransda çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov elmin təhsilə inteqrasiyasında belə konfransların keçirilməsinin əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Plenar iclasda Faydalı qazıntılar kafedrasının dosenti Mamoy Mansurov “Şəmkir horst-qalxımının mərkəzi hissəsində ASTER peyk məlumatlarından istifadə etməklə hidrotermal-metasomatik dəyişilmə və minerallaşma zonalarının müəyyənləşdirilməsi”, BDU-nun Seysmologiya və yer təkinin fizikası kafedrasının müəllimi Elnarə Əhmədova “Abşeron-Qobustan struktur zonasının GPS sürət sahəsi və təhlili”, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimi Günay Hüseynova “Samur-Şabran zonasının suvarılan torpaqlarının hidrogeoloji-meliorativ şəraitinin formalaşması amillərinin xarakteristikası” mövzularında çıxış ediblər.
Professorlar Nazim İmamverdiyev, Bahadır Qələndərov, dosentlər Əli Novruzov, Nurəddin Abbasov belə konfransların keçirilməsinin tələbə və magistrantların geoloji tədqiqatlarda tətbiq edilən müasir metodologiyalarla tanış olması baxımından böyük əhəmiyyət daşıdığını bildiriblər.
Konfrans işini beş bölmə iclasında davam etdirib.




Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər