22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
“Müharibədə cəbhə yoldaşlarını toyuna dəvət etmişdi”
Tarix: 22-05-2021 12:11 | Bölmə: Reportaj
44 günlük Vətən müharibəsində canı, qanı bahasına torpaqlarımızın bütövlüyünü bizə bağışlayan oğullardan biri də Nahid Məmmədovdur. Bakıda doğulub-böyüyən 25 yaşlı qəhrəmanımız müharibənin ilk günlərindən ordu sıralarına qoşulmuşdu. Böyük arzuları, xəyalları var idi, amma Vətən, torpaq onların hamısından irəlidə gəlirdi.
“Qafqazinfo” şəhidin anası Səadət Məmmədova ilə həmsöhbət olub, Nahidlə bağlı xatirələrini vərəqləyib.
Şəhid anasının sözlərinə görə, oğlunun ön cəbhədə döyüşməsini şəhid xəbərini alanda öyrənib:
“Oğlum müharibənin ilk günlərindən könüllü olaraq ordu sıralarına qoşulub. Suqovuşan, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Ağdərəyə 1 kilometr qalmış bir neçə post alıblar. Döyüşə girməzdən əvvəl meşədə şəhid olan hərbçilərimizin cəsədlərini mühasirədən çıxarıblar. Bizim bunların heç birindən xəbərimiz olmayıb, sonradan cəbhə yoldaşları bizə danışıblar.
Müharibədə olanda hər gün danışırdıq. Bizə heç bir məlumat vermirdi. Deyirdi ki, məni Mingəçevirə aparıblar və ya Bərdədəyəm. Sakit yerdəyəm, narahat olmayın, burada heç nə yoxdur, tezliklə görüşəcəyik. Bizə demirdi ki, döyüşdəyəm, şəhid daşıyıram...”

S. Məmmədova deyir ki, Nahiddə sanitar çantası olub. Arxada iki yoldaşı yaralandığından qayıdıb ki, onlara kömək eləsin. Elə həmin vaxt düşmən gülləsinə tuş gəlib: “Balam 14 oktyabrda, bir qəlpə yarasından şəhid olub. Əyilib yaralıya kömək eləsin, arxada minomyot mərmisi partlayıb və qəlpə ürəyinə girib. Sağ olsun döyüş yoldaşları, onu orada qoymayıblar, döyüş meydanından çıxarıblar. Bizə oktyabrın 15-də Nahidin şəhid olduğunu xəbər verdilər”.
Nahid Məmmədov kəşfiyyatçı idi, döyüşdə öndə gedərdi. Bu səbəbdən özü ilə bərabər əksər cəbhə yoldaşları da şəhid olublar. Valideynləri şəhid övladları ilə bağlı xatirələrini sonralar, ailəni ziyarətə gələn az saylı silahdaşlarından öyrəniblər.
“Döyüş yoldaşlarının dediyinə görə, Nahid çox mübariz idi. Əslində, bunu onlar deməsələr də, mən özüm bilirəm. Nahid son tikəsini bölüşən yox, tam qarşısındakına verən oğul olub. Bir MAXE yoldaşı vardı, deyirdi ki, anadangəlmə xəstəliyi olub - soyuq olan kimi əlləri qıc olurmuş.
Nahid “qardaşın ölməyib hələ” deyərək öz əlcəklərini çıxararaq ona verib, özü soyuqda əlcəksiz döyüşüb. Sonra o qazi Nahiddən qalan yadigar kimi həmin əlcəkləri bizə bağışladı.
Nahidin döyüşdə bir rabitəçi dostu da olub. Onunla çox qısa zamanda bir-birini tanısalar da, Nahidi özünə qardaş hesab edirdi. O danışırdı ki, Nahid döyüşə girəndə öz çantasını həmin rabitəçi əsgərə verib və deyib ki, ola bilər mən qayıtmayım. Yəqin şəhid olacağını hiss edib. Çantasında da corab və geyimlər olub. Yoldaşları danışırdılar ki, kimə mayka, corab lazım olurdusa, çıxarıb çantasından verirdi. Nahid sanki hamıya humanitar yardım edirdi. Onları da yolda alıbmış, evdən aparmayıb. Hərbi xidməti Ağdamda keçmişdi, ona görə hazırlıqlı idi”.

Nahid Məmmədov Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecini bitirib. Bakıda parfümeriya şirkətlərindən birində anbardar işinə düzələn qəhrəmanımız işlədiyi müddətdə çox böyük hörmət qazanıb. Anasının sözlərinə görə, onu tanıyanlar, müştərisi olanlar - hamısı onun haqqında xoş sözlər danışırlar.
“Nişanlı idi, sentyabrın 26-da 6 ildir sevdiyi qıza nişan aparılacaqdı. 29-u müharibəyə getdi. Düşündük ki, gedib gəlsin, sonra nişanını edərik, qismət olmadı...
Arzuları çox idi. Hamısını da mənə deyirdi. Sevdiyi qızla evlənmək istəyirdi. Müharibəyə gedəndə də cəbhə yoldaşlarını toyuna dəvət etmişdi. Demişdi ki, müharibə bitəndən sonra özümə toy edəcəyəm.
Nahid müharibənin başlamasını çox istəyirdi. Hələ iyul döyüşlərində böyük oğlumla bərabər iki qardaş oturub müharibəni müzakirə edirdilər. Can atırdılar, Allaha yalvarırdılar ki, müharibə başlasın, döyüşə getsinlər. Mən bir ana kimi ağlayırdım və arzu edirdim ki, sülh olsun. Yenə də qismət...”
Şəhid Nahid Məmmədov ötən il oktyabrın 15-də Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Baxış sayı: 879
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR