14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Sumqayıtda sağlamlıq imkanları məhdud gənclərlə tədbir keçirildi
Tarix: 19-05-2021 20:57 | Bölmə: Reportaj


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 19 may 2021-ci il tarixində Heydər Park ərazisində açıq hava şəraitində mövcud pandemiya qaydalarına uyğun olaraq əlilliyi olan gənclər arasında rəsm, əl işlərindən ibarət sərgi və dama yarışı təşkil edilmişdir. Tədbirin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınından irəli gələn məsələlərin həlli, sosial müdafiəyə ehtiyacı və əlilliyi olan gənclərin ölkənin ictimai-mədəni, idman həyatında iştirakının təmin edilməsi, bu kateqoriyadan olan gənclərin bacarıqlarının üzə çıxarılması, dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkil edilmədi olmuşdur. “28 may - Respublika günü”nə həsr edilmiş sərgidə “Vətənpərvərlik”, “44 günlük müharibə”, “Milli-mənəvi dəyərlərimiz” mövzuları olmaqla rəssamlıq, ağac üzərində oyma, xalçaçılıq, toxuma, bədii tikmə kimi əl işlərindən ibarət ümumilikdə 28 əsər nümayiş olunmuşdur. Tədbir çərçivəsində eyni zamanda əlilliyi olan gənclər arasında dama yarışıda keçirilmişdir. Sonda sərgi və dama yarışı iştirakçılarına və qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.









Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər