18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
12:52 / 09-09-2026
İntiqam almaq üçün internat məktəbinin qapılarını yandırdı
12:49 / 09-09-2026
Türkiyə 2026-cı ildə təxminən 7 milyon rusiyalını qəbul edəcək
“Leyla xanım tək sizin qızınız deyil, o, bizim də qızımızdır”
Tarix: 16-05-2021 01:27 | Bölmə: Reportaj
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verilib:
- Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Buyurun, ilkin vəziyyəti ilə tanış ola bilərsiniz.
Prezident İlham Əliyev: Bu vəziyyətdə idi?
- Bəli.
Prezident İlham Əliyev: Gümbəzi də yox idi, uçmuşdu.
-Bəli uçmuşdu. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunmuşdur.
Prezident İlham Əliyev: Salam.
- Bizim əziz Prezidentimiz, xoş gəlmisiniz. Məryəm Ana Kilsəsinə xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Azərbaycanı qorusun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
-Həmçinin həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır.
Prezident İlham Əliyev: Bulaq haradadır? Burdadır?
-Bəli.
Prezident İlham Əliyev: Salam.
- Salam, xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
-Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir, Siz onların dağıntılarını da görə bilərsiniz. Biz onların bəzilərini bərpa etmişik. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur.
Prezident İlham Əliyev: Uçmuş vəziyyətdə idi.
-Çox pis vəziyyətdə idi. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmışdır. Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməmişdir. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək.
Prezident İlham Əliyev: Yəni o vaxt bu kərpiclərlə inşa edilmişdi?
-Bəli, 1898-ci ildə tikilmişdir. Biz bu kərpiclərin təqribən 50 faizini dəyişdirmişik, ancaq köhnə kərpiclərdən istifadə etmişik.
Prezident İlham Əliyev: Mənə Leyla danışmışdı ki, burada olarkən söhbət əsnasında bu kilsə ilə bağlı məsələ qaldırıldı. O da Bakıya gələn kimi dərhal bu məsələni qaldırdı və ondan sonra bərpa işlərinə start verilmişdir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi dövründə bu kilsənin açılışı olmuşdur.
-Bəli, ayın 7-də açılışı oldu.
Prezident İlham Əliyev: Bəli, yenidən açılışı olmuşdur.
-Bizim müdrik Prezidentimiz, Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Təşəkkürümüzü bildiririk.
Prezident İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.
-Olmuşuq. Biz Laçından, Ağoğlan kilsəsindən ayın 11-də gəlmişik. Cənab Prezident, yeddi dəfə səfərimiz olub.
Prezident İlham Əliyev: Çox yaxşı, bundan sonra da olacaq. Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi.
Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir.
-Bəli, sağ olsun Heydər Əliyev Fondunun işçiləri. Sizə öz təşəkkürümüzü bildiririk. Çox gözəl bərpa işləri görüblər. Biz bayramınızı təbrik edirik.
Prezident İlham Əliyev: Sağ olun. Gedək baxaq.
-Cənab Prezident, burada bəzi daşlar XII əsrdən qaldığına görə....
Prezident İlham Əliyev: Qədim daşlardır.
-Bəli. qədim daşlardır. Biz Türyançaydan daşları tapdıq, onları kəsdik. Həmçinin kərpicləri. Çilçıraqlar, işıqlandırılma - hamısı qədim konsepsiyaya uyğun yaradılıb.
Prezident İlham Əliyev: Bəli, o stildə yenidən işlənib.
-Cənab Prezident, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Alban kilsələrinin tərtibatı çox zaman çox geniş olmayıb.
Prezident İlham Əliyev: Bəli, sadə olub.
- Sadə olub. İkonalar olmayıb, çox sadə olub.
Prezident İlham Əliyev: Sovet vaxtında necə istifadə olunub?
- Bura kolxoz dövründə fındıq anbarı idi.
Prezident İlham Əliyev: Sonra müstəqillik dövründə burada bir kilsə bərpa edilmişdi.
- Bəli, Tur Heyerdal gələndə Mədəniyyət Nazirliyi və Norveç humanitar təşkilatı tərəfindən bir kilsə bərpa olundu. O kilsə Ümummilli Liderin vaxtında bərpa olundu. Bu kilsə isə bizim Leyla xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edildi.
Prezident İlham Əliyev: Kiş kəndindəki kilsə deyəsən bundan kiçikdir.
-Çox kiçikdir, o birinci kilsədir, balacadır. Ən birinci, qədim kilsədir. Cənab Prezident, biz kilsəni alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa etdik. Ermənilər özününküləşdirmişdilər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarətdir. Bu, memarlıqda əsas elementdir. Biz onun üstünü açanda gördük ki, ermənilər bunun üstünü bağlayıblar. Biz bunları, alban xaçını təmizlədik.
Prezident İlham Əliyev: Bu alban xaçıdır?
- Bəli, altarı da sementlə bağlamışdılar. Çöl tərəfdən naxışların hamısını bağlamışdılar. Ümumiyyətlə, alban kilsəsi erməni kilsəsindən fərqlidir. Simvollar da fərqlidir.
Prezident İlham Əliyev: Bilirəm, XIX əsrdə bütün alban tarixi mirasını özününküləşdirmək istəmişdilər.
-Çalışıblar.
-Prezident İlham Əliyev: Sizin əlindən almışdılar.
-Bəli, biz sadəcə imtina edib saxladıq. Bizi erməniləşdirmək istəyirdilər, etnos kimi erməniləşdirmək istəyirdilər.
Prezident İlham Əliyev: Bilirəm, onların məqsədi o idi.
-Bəli, çalışırdılar ki, biz əriyək.
Prezident İlham Əliyev: Bəli, elədir, bilirəm.
-Cənab Prezident, çox maraqlı bir fraqmenti də Sizə göstərim, burada tapılan əlyazmalardır, dünyanın ən məşhur linqvistləri tərcümə edib, alban əlifbasıdır.
Prezident İlham Əliyev: Hansı, budur?
-Bəli, görürsünüz, çox maraqlıdır, özü də udi dili əsasında 9 dilə tərcümə ediblər. Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Bu məşhur Avropa alimləri tərəfindən təsdiq olunmuşdur. Hər bir vərəqi orijinaldır. Mən özüm Sinayda olmuşam, görmüşəm. Məşhur linqvistlər adlar çəkir, görürsünüz bunlar orijinaldır.
Prezident İlham Əliyev: Bu əlifbanı təbliğ etmək, öyrənmək lazımdır.
- Alimlər bu kitabı orijinaldan 9 dilə tərcümə ediblər.
Prezident İlham Əliyev: Siz indi gərək Mədəniyyət Nazirliyi ilə birlikdə bu əlifbada kitablar da dərc edəsiniz, uşaqlar da bu əlifbanı bilsinlər ki, bu, bərpa olunsun. Çünki, bu əlifba demək olar ki, istifadə olunmur. Ona görə, gərək bərpa edək. Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birlikdə.
- Surətini vermişik.
Prezident İlham Əliyev: Məşğul olun, bu əlifbada kitablar da dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər ki, bu əlifbanı biz bərpa edək.
-Cənab Prezident, bizim müqəddəs kitab birinci dəfə latın dilinə tərcümə olunub, onu Sizə hədiyyə edirik. Birinci dəfədir, hələ heç təqdimatını etməmişik. Müqəddəs kitabdır.
Prezident İlham Əliyev: Alban dilində?
-Bəli, özümüz tərcümə etmişik. Özü də Rafik müəllim tərcüməçidir. Biz burada 49 hərfdən istifadə etdik.
Prezident İlham Əliyev: 49 hərf var?
-Qədim 52-dir, biz bunu 49 etdik ki, kompüterdə işləmək üçün yüngül olsun. Burada bizim məktəblərdə latın dili əsasında 4-cü sinfə kimi ana dili dərsi keçirilir.
Prezident İlham Əliyev: Çox yaxşı, alban dili də yaşasın, bütün udilər bilməlidirlər.
-Udilər hamısı bilirlər, xüsusən Azərbaycan dilini çox gözəl bilirlər.
Prezident İlham Əliyev: O, öz yerində, Azərbaycan dili dövlət dilidir. Amma, alban dili təkcə məişətdə yox, burada udilər arasında geniş istifadə olunmalıdır.
-Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik.
Prezident İlham Əliyev: Çox yaxşı.
-Cənab Prezident, Siz noyabrın 24-də Ağdam məscidinin önündə olandan dörd gün sonra mən də orada idim, Robert müəllim də orada idi. Siz bütün dünyaya bəyan etdiniz ki, işğaldan azad olunmuş torpaqlarda biz kilsələri, məscidləri, monastırları bərpa edəcəyik, udi qardaşlar buraya gələcəklər. Siz bizi yaşatdınız. Biz oraya getdik, cənab Prezident. Biz Xocavəndə, Tuğa da getdik. Necə dediniz ki, qardaşlar buraya gələcəklər, bəli biz gəldik.
Prezident İlham Əliyev: Elədir, tarixi ədalət bərpa edildi.
- Sizə cansağlığı, uzun ömür arzulayırıq, Allah Sizi və ailənizi qorusun. Biz bu kilsədə də, bizim Yelisey adına kilsədə də, Qarabağda da daim dua edirik.
Prezident İlham Əliyev: Sağ olun, bütün udi qardaşlarımıza, bütün icma nümayəndələrinə salamlarımızı çatdırın. Siz bilirsiniz, mən birinci dəfə deyil buradayam, üçüncü dəfədir. İkinci dəfə gələndə məktəbin açılışı oldu.
-Bəli, çox gözəl yadımızdadır. Məktəbdə olduq.
Prezident İlham Əliyev: İndi mənə dedilər ki, bir məktəbin də təmirinə ehtiyac var. 1968-ci ildə tikilmiş məktəb yararsız vəziyyətdədir. O göstərişi də verəcəyəm. Sərəncam da imzalanacaq ki, o məktəbi də bərpa edək. Lazım olan bütün başqa işlər də görüləcək. Mən hər zaman sizin yanınızdayam.
-Çox sağ olun. İki məktəbimiz var, hansı ki, yaşı 150 ildən çoxdur.
Prezident İlham Əliyev: İki məktəb?
-Bəli. Çox gözəl etnoqrafik muzeyimiz var.
Prezident İlham Əliyev: Təmirə ehtiyacı olan iki məktəbdir, yoxsa bir məktəb? Mənə 4 nömrəli məktəb dedilər.
-İki.
Prezident İlham Əliyev: Biri hansıdır?
-Bir nömrəli məktəb.
Prezident İlham Əliyev: Bir və dörd.
-Bəli. Həmin məktəbin həyətində kilsə də var. Amma bir nömrəlinin yaşı 150-dən çoxdur.
Prezident İlham Əliyev: O biri məktəblərin vəziyyəti necədir?
-O da pisdir.
Birinci xanım Mehriban Əliyeva: Mən tapşıraram Heydər Əliyev Fondunun xətti ilə təmir olunsun.
-Bir məktəb 1972-ci ildə tikilib.
-Cənab Prezident, bizim gənclər üçün gələcəkdə bir idman kompleksinə böyük ehtiyac var.
Prezident İlham Əliyev: Təşkil edərik. Orada kənddə yer var?
-Həmin məktəbin həyətində yer var.
Prezident İlham Əliyev: O, bir nömrəli məktəbdir?
-Bəli.
Prezident İlham Əliyev: Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək.
- Həmin kilsənin həyətində.
Prezident İlham Əliyev: Mən olduğum kilsənin həyətində?
-Bəli.
Prezident İlham Əliyev: Gedək, oraya baxaq.

Baxış sayı: 716
Bölməyə aid digər xəbərlər

21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR