Bütün xəbərlər
“Dəmir Yumruq” İntellektual yarışın açılış mərasimi keçirildi
Tarix: 28-04-2021 10:33 | Bölmə: Reportaj

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 27 aprel 2021-ci il tarixində Zoom platformasında Sumqayıt, Abşeron, Quba, Xaçmaz, Xızı, Siyəzən və Qubadlı şəhər/rayonları üzrə gənclər arasında “Dəmir Yumruq” İntellektual yarışın açılış mərasimi keçirilmişdir.


İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov tədbir iştirakçılarını və komandaları salamladı. Bildirildi ki, yarışın məqsədi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclərin intellektual səviyyəsini və dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın Zəfər tarixinin, 44 günlük Vətən müharibəsinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.


Sonra Təşkilat Komitəsi yarışda iştirak edən komandaların qruplar üzrə bölgüsü, yarışların keçirilmə vaxtları və yarışın qaydaları haqqında ətraflı məlumat vermişdir. Qeyd olundu ki, final oyununda I, II, III və IV yerlərin qalibi olacaq komandalar Baş İdarənin kubok, medal, fəxri fərman və hədiyyələri ilə təltif olunacaqlar.
#mys #ARGIN #sgibi #DemirYumruq

Sabaha-inamla.az





Baxış sayı: 719


Bölməyə aid digər xəbərlər