22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib
Tarix: 23-04-2021 05:15 | Bölmə: Reportaj
Baxış sayı: 863
Bölməyə aid digər xəbərlər
Tarix: 23-04-2021 05:15 | Bölmə: Reportaj

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq”.
Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları tikilir, uzun illər əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılır. Həyata keçirilən bu tədbirlər bol məhsul istehsalı ilə yanaşı, həm də əhalinin məşğulluğunun təmin olunmasına hesablanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası tikilib, Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemləri yenilənib.
Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik təsərrüfatı yenidən qurulub
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuzkənd, Külüs və Keçili kəndlərinin elektrik sistemlərində görülən işlərlə maraqlanıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Külüs, Keçili, Şahbuzkənd kəndlərini və yeni tikilən nasos stansiyasını dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 12,2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bu məqsədlə 35/10 kilovatlıq “Şahbuz” yarımstansiyasında lazımi genişləndirmə işləri aparılıb, Külüs kəndi ərazisində 2500 KVA gücündə 35/10 kilovoltluq və nasos stansiyasının yaxınlığında 1600 KVA gücündə 10/6 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb.
Bildirilib ki, elektrik xəttinin çəkilişi üçün 84 ədəd 35 kilovoltluq qalvanik metal dayaq, 36,6 kilometr uzunluğunda, 43,5 ton Piogen markalı polad-alüminium məftil, 1700 metr mühafizə trosu çəkilib. Həmçinin 1 ədəd 63 KVA gücündə 10/0,4 kilovoltluq xüsusi sərfiyyat transformatoru, 35, 10 və 6 kilovoltluq kommutasiya açarları quraşdırılıb.
Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik təsərrüfatlarının yenidən qurulması yaşayış məntəqələrində elektrik enerjisinin daha keyfiyyətlə ötürülməsinə imkan verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Bu ərazilərin elektrik enerjisi ilə təminatında həmişə problemlər olmuşdur. Ona görə də kəndlərin elektrik sistemlərinin yenidən qurulması və yeni xəttin çəkilməsinə qərar verildi. Yeni elektrik xətti həm 3 kəndin elektrik enerjisi ilə təminatını yaxşılaşdırdı, həm də uzun illər bu ərazidə əkilməyən 340 hektar torpağın su təminatını həyata keçirməyə imkan verdi.
“Vaxtilə torpaq sürüşməsi zamanı Keçili kəndindən köçənlər üçün evlər tikiləndə qaynaq aparatını işlətmək üçün elektrik enerjisinin gücü çatmırdı”, - deyən Ali Məclisin Sədri artıq bu gün həmin problemlərin aradan qaldırıldığını, müasir xətlərin qurulub istifadəyə verildiyini, elektrik təminatının yaxşılaşdırılmasının isə burada insanların rahat yaşayışına xidmət etdiyini bildirib.
Külüsdə yeni nasos stansiyası istifadəyə verilib
Aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək deyib ki, yeni nasos stansiyası Şahbuzçaydan qidalanır və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurur. Nasos stansiyasında su sərfi saatda 300 kubmetr olan nasos və gücü 800 kilovat elektrik mühərrikindən ibarət nasos stansiyası tikilərək vakkum sistemi ilə təmin olunub. Suyun sahəyə verilməsi üçün 1850 metr təzyiqli boru xətti bərpa olunub, 290 metr yeni xətt çəkilib. 2140 metr boru xətti üzərində 64 bar təzyiqə davam gətirən 4 əks klapan, 1 tənzimləyici siyirtmə quraşdırılıb, boru xəttinin dayanıqlılığını artırmaq üçün 18 beton anker dayaq tikilib, boru xəttinin sonunda 2 hidrant, 2 paylayıcı hovuz quraşdırılıb.
Ali Məclisin Sədri deyib: 40 il əvvəl bu nasos stansiyasının qurulmasına cəhd göstərilmiş, lakin iş başa çatdırılmamışdır. Çünki buraya çəkilən elektrik xəttinin gücü nəzərə alınmadığından nasos stansiyasını işlətmək mümkün olmamışdır. Yeni elektrik xəttinin çəkilməsi, yarımstansiyanın qurulmasından sonra artıq bu nasos stansiyasının işləməsi reallaşmış və bu gün istifadəyə verilir. Stansiya vasitəsilə 3 kəndin - Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə aid 340 hektara yaxın torpaq sahəsi suvarılan torpaqlar sırasına daxil olacaqdır. Şahbuz rayonunda elə bir yer yoxdur ki, orada 340 hektar suvarılan torpaq sahəsi bir yerdə olsun. Ona görə bu nasosun əhəmiyyəti çox böyükdür. 340 hektar dəmyə torpaq suvarılan torpaqlara çevrilir ki, bununla məhsuldarlıq xeyli artacaqdır.
Ali Məclisin Sədri nasos stansiyasının qurulmasında əməyi olanlara təşəkkür edib və stansiyanı işə salıb.
Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır
Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılmış 340 hektar torpaq sahəsinə baxıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, sahəyə suyun paylanması üçün 5200 metr su arxı çəkilib və ərazi daşdan təmizlənib. Əkin dövriyyəsinə daxil edilən 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir. Bunun 288 hektarı Külüs, 37 hektarı Mahmudoba, 15 hektarı isə Nursu bələdiyyələrinə daxildir. Ərazi Mahmudoba bələdiyyəsindən 1850 metr hündürlükdən başlayaraq Külüs və Nursu bələdiyyələrinə doğru 2100 metr hündürlüyədək 6 kilometr boyunca davam edir. Bu ilin məhsulu üçün ötən ilin payızında 274 hektar sahədə arpa, buğda və xaşa əkilib ki, onun 121 hektarı xüsusi, 153 hektarı bələdiyyə mülkiyyətində olan torpaqlardır. Həmçinin 45 hektar sahədə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti əkin aparıb.
Əkin dövriyyəsinə qatılan torpaq sahələrinə sakinlərin və kənd təsərrüfatı texnikalarının rahat gediş-gəlişinin təmin olunması məqsədilə 7,6 kilometrlik yeni yol çəkilib.
Ali Məclisin Sədri yeni əkin dövriyyəsinə qatılacaq 340 hektar sahədə qurulacaq qapalı suvarma şəbəkəsinin layihəsinə baxıb. Məlumat verilib ki, qapalı suvarma şəbəkəsinin qurulmasında 42 hidrant, 10 siyirtmə, 6 suboşaldıcı və 3 təzyiqqaldırıcıdan istifadə olunacaqdır. Diametri 250 və 200 millimetr olan boru xətlərindən istifadə olunmaqla, ümumilikdə, 10 min 596 metr xətt çəkiləcəkdir.
Sonra kənd sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: Bu gün Şahbuz rayonunun həyatında əlamətdar gündür. Rayonun əkin dövriyyəsinə suvarılan 340 hektar torpaq sahəsi əlavə olunur. Bu ərazilər əkin üçün tam yararlı, məhsuldar torpaqlardır. Suvarılandan sonra burada məhsuldarlıq da artacaq və rayon muxtar respublikanın iqtisadiyyatına öz töhfəsini verəcəkdir. Ölkəmizin iqtisadi inkişafı, torpaq sahələrinin suvarılmasının dayanıqlılığının artırılması sahəsində görülən tədbirlər, qəbul olunan Dövlət proqramlarına uyğun olaraq bu ərazinin də əkin dövriyyəsinə daxil olunması üçün plan hazırlandı və həyata keçirildi. İlk növbədə, 11 kilometrə yaxın yeni elektrik xətti çəkildi və 2 yarımstansiya yaradıldı. Daha sonra nasos stansiyasının qurulması ilə yeni torpaqlar əkin dövriyyəsinə qatıldı. Əraziyə gələn yolun da əkinçilər üçün vacibliyi nəzərə alınaraq buraya tam yararlı yol çəkildi.
Ali Məclisin Sədri deyib: Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər. Dövlət dəstəyi ilə güzəştli şərtlərlə gübrələr verilir, əkinçilərə hər hektara görə vəsaitlər ödənilir. Bu ildən taxılın hər kiloqramı dövlət tərəfindən 42 qəpiyə alınacaqdır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir. Bu da həm əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.
Külüs kənd sakini Vahid Sadiqov minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı sayəsində muxtar respublikanın hər bir rayonu kimi, Şahbuz rayonu da tamamilə abadlaşıb. Kəndimizdə yeni məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar tikilib, təbii qaz, elektrik enerjisi təminatı yaradılıb, yolumuz abadlaşdırılıb. İnsanların rahat yaşaması üçün hər şərait vardır. Ali Məclis Sədrinin Külüs kəndinə bu dəfəki səfəri xüsusilə fərqlənir. Ona görə ki, sovet imperiyasının 70 ildə həyata keçirə bilmədiyi işlər qısa müddət ərzində reallığa çevrilib. Artıq “Düz” massivində su var, yəni həyat var. Kəndimizdə yeni nasos stansiyası qurulub, buraya 12 kilometr məsafədən elektrik xətti çəkilib, geniş yol salınıb, ərazi daşdan təmizlənərək əkinə yararlı vəziyyətə gətirilib. Burada görülən işləri biz heç təsəvvürümüzə də gətirə bilməzdik. Əvvəllər bu düzə qalxmaq çox çətin idi. İndi isə istənilən texnika bura çox asanlıqla gəlib-gedə bilir. Mən bu ərazidə 2 hektar taxıl əkmişəm. Bu cür əkin sahələrinin artırılması bolluq deməkdir. Bolluq xoş güzərandır. Bizim üzərimizə düşən bir vəzifə var - əkib-becərmək, bolluq yaratmaq, gəlir əldə etmək”.
Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılması, əkin zamanı məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış toxum sortlarından istifadə edilməsi, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi barədə müvafiq tapşırıqlar verib.
X X X
Nasos stansiyalarının tikilməsi üçün, ilk növbədə, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı vacib şərtdir. Külüs kəndində yeni nasos stansiyasının tikilməsi layihəsi 40 il bundan əvvəl, hələ Sovetlər Birliyi dövründə nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə bu ərazidə enerji təsərrüfatının normalara uyğun olmaması layihənin icrasına imkan verməyib. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi öncül istiqamət kimi götürülüb, yeni elektrik stansiyaları qurulub, bütün yaşayış məntəqələrində, xüsusilə kəndlərdə elektrik təsərrüfatı sistemləri yenilənib, yeni və dayanıqlı elektrik verilişi xətləri çəkilib, transformatorlar qurulub, yarımstansiyalar müasirləşdirilib, enerjinin tələbata uyğun verilməsinə nail olunub. Məhz bu işlərin davamı olaraq Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemlərinin yenilənməsi, “Şahbuz” yarımstansiyasının gücünün artırılması nasos stansiyasının tikintisinə imkan verib, nəticədə, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb. Yeni torpaq sahələrinin əkilməsi isə həm muxtar respublikanın ərzaq təhlükəsizliyinə, həm də sakinlərin rifahına töhfə verəcəkdir.
Baxış sayı: 863
Bölməyə aid digər xəbərlər
12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR


















