15:42 / 17-05-2021
Naxçıvan tərəqqi yolunda
“Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın şəhid xəbəri gəldi” - VİDEO
Tarix: 12-04-2021 14:05 | Bölmə: Reportaj



Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı İqbal Bayramovun qızı atası haqqında xatirələrini dilə gətirib.
“Qafqazinfo” xəbər verir ki, o, atası ilə sonuncu telefon danışığını xatırlayıb və ali məktəbə qəbul olması ilə bağlı xəbərdən beş dəqiqə sonra atasının şəhid xəbərini aldıqlarını bildirib.
“Atamla telefonla danışdıq, dedi narahat olma, ata qayıdacaq, hər şey yaxşı olacaq.
Torpaqlarımızı geri qaytarandan sonra sizi ora gəzməyə aparacağam. Ayın 5-i (oktyabr) axşamtərəfi hamımız bir yerə yığışmışdıq. Hansı universitetə qəbul olmağımla bağlı xəbər çıxdı. Ondan beş dəqiqə sonra isə atamın şəhid xəbəri gəldi...”
Şəhid qızı atasının ona aldığı hədiyyədən - boyunbağıdan da danışıb. Bildirib ki, bu, atasının ona sonuncu hədiyyəsidir və həmişə üzərində gəzdirir.
Qeyd edək ki, İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəranın Hirkan qəsəbəsində anadan olub. Vətən müharibəsi zamanı - oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bayramov İqbal Əhmədağa oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

              


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər