14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq” - Amreyev
Tarix: 10-04-2021 17:55 | Bölmə: Reportaj

                     “Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq”


“Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev beynəlxalq bir türk telekanalı qurmağı tövsiyə edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq, Türk Şurası Katibliyi beynəlxalq türk kanalının qurulması, rəsmi xəbər agentlikləri arasında əməkdaşlıqla bağlı üzv dövlətlər arasında səkkiz çalışma qrupu formalaşdırılıb.
B.Amreyev media sahəsində ən uğurlu münasibətlərə misal kimi, Türkiyənin Qarabağ müharibəsində göstərdiyi media dəstəyini göstərib.
O, xalqımızı torpaqlarımızın azad edilməsi münasibətilə təbrik edib:
“Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq. Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”.



Baxış sayı: 421


Bölməyə aid digər xəbərlər