00:58 / 21-07-2026
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Sale Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
20:50 / 20-07-2026
Britaniya Baş nazirinin müavini Lammi istefa verir
20:47 / 20-07-2026
ABŞ jurnalisti Kendes Ouens cangüdəninin həyatını xilas etdikləri üçün ruslara təşəkkür etdi
20:43 / 20-07-2026
Ana doğuşdan sonra yeni doğulmuş uşağını öldürüb
20:39 / 20-07-2026
Ukraynalı oliqarx Yermolayev Monakodakı sui-qəsd cəhdindən bəri ilk müsahibəsini verdi
20:35 / 20-07-2026
Yaponiyada istilikdən qorunmaq üçün "insan soyuducusu" satışa çıxarılıb
20:32 / 20-07-2026
İtaliya diplomatlarının deportasiyasını Romanın hərəkətlərinə qarşı qisas tədbiri adlandırdı
20:29 / 20-07-2026
Ermənistanda fermerlər pomidor satışına görə magistral yolu bağlayırlar
19:08 / 20-07-2026
İran ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrini vurdu
19:05 / 20-07-2026
Britaniyanın yeni Baş naziri əvvəlcə Tramp və Zelenskiyə zəng etmək niyyətindədir
19:01 / 20-07-2026
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sırskinin istefası ilə bağlı şayiələri təkzib edib
18:59 / 20-07-2026
Gürcüstanda baş verən hücumda yaralanan turist ikili vətəndaşlığa malikdir
18:55 / 20-07-2026
Almaniyada Hitlerə qarşı sui-qəsd cəhdində iştirak edənlərin xatirəsinə keçirilən mərasimdə qalmaqal yarandı
18:50 / 20-07-2026
Rudi Qarsiya 2026-cı il Dünya Kubokundan sonra Belçika millisinin baş məşqçisi vəzifəsindən ayrılıb
18:48 / 20-07-2026
FİFA Dünya Kuboku finalından sonra Argentinanın davranışı ilə bağlı araşdırma başladacaq
18:46 / 20-07-2026
Ermənistan AB-yə balıq ixrac etmək hüququ əldə edib
18:43 / 20-07-2026
Alimlər Yerə yaxınlaşan maqnit fırtınası barədə xəbərdarlıq edirlər
18:40 / 20-07-2026
Ekspert Londonun siyasətinin Baş nazir Börnemin dövründə dəyişib-dəyişməyəcəyini açıqladı
18:38 / 20-07-2026
Senator Karasin Ukrayna Silahlı Qüvvələrinin Şebekinoda avtobusa hücumuna Rusiyanın sərt cavab verəcəyini proqnozlaşdırdı
18:35 / 20-07-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevin Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalına hücumlarının beynəlxalq qiymətləndirilməsinə çağırdı
18:27 / 20-07-2026
Kənd tualetinə bənzəyən İrina Farionun abidəsi açılıb
20:26 / 19-07-2026
Ankara Türkiyə, Rusiya, Çin və İran arasında ittifaq yaratmağa çağırır
20:22 / 19-07-2026
Ekspert Trampın Avropadan istifadə planlarından danışdı
20:18 / 19-07-2026
PSJ qapıçısı Safonov həyat yoldaşı ilə matçları dərhal müzakirə etməməsinin səbəbini izah etdi
20:16 / 19-07-2026
Göldə insanları daşıyan kayak aşdı
20:11 / 19-07-2026
Pravoslav kilsəsinə ildırım düşüb
20:09 / 19-07-2026
Mağazaya getmək üçün maşın oğurladıqlarına görə həbs cəzası alıblar
20:05 / 19-07-2026
NATO "Patriot" raketlərinin ciddi çatışmazlığı ilə üzləşir
20:02 / 19-07-2026
Süni intellekt səbəbindən gözlənilməz qiyamət ssenarisi aşkar edilib
19:59 / 19-07-2026
Baş verən yanğında bir yeniyetmə ölüb
19:51 / 19-07-2026
Peskov: "Putin KXDR xarici işlər naziri ilə görüşür"
12:10 / 19-07-2026
Bir mütəxəssis Amerikaistehsalı olan "Hornet" dronlarının idarəetmə prinsipini izah etdi
12:04 / 19-07-2026
Paris Hiltonun zorakılığa məruz qaldığı Amerika internat məktəbinin lisenziyası ləğv edilib
12:01 / 19-07-2026
Kiyevdə Fedorovu dəstəkləyən etirazlar Zelenskini tənqid edən etirazlara çevrilir
11:58 / 19-07-2026
Çaydan gənc oğlanın cəsədi tapılıb
11:54 / 19-07-2026
2026-cı il SPIEF-dəki ABŞ nümayəndə heyətinin rəhbəri Trampla əlaqələri barədə danışıb
11:51 / 19-07-2026
Dövlət Duması cinayət qeydləri olan miqrantların Rusiyada yaşamasını qadağan edən qanun layihəsini nəzərdən keçirəcək
Ədalət İzzətoğlu- 23 AVQUST FACİƏSİ...
Tarix: 23-08-2018 21:42 | Bölmə: Reportaj

Avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür.
1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub.
Rayonun ümumi sahəsi 1386 kv.km-dir.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.
Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.
Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
Ümumilikdə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal altındadır. İnanaq ki, işğal altında qalmış torpaqlarımız tezliklə faşist ermənilərdən alınaraq Məcburi köçkünlərə qaytarılacaq.
Bu faciənin canlı şahidi olmağım, 25 illikk yurd həsrətim məni dinc buraxmadı və işğalda qalmış torpaqlarıma, yurdlarıma aşağıdakı Açıq Məktubu yazmağa məcbur etdi.
AÇIQ MƏKTUB...
25 İL ƏSİRLİKDƏ QALAN ATA YURDUMA
ATA YURDUM HOVUSLU KƏNDİMƏ, CƏRAYILIMA, XAN ÇİNARIMA, XUDAFƏRİNƏ, ZİYARƏT DAĞINA, HACIQARAMAN PİRİNƏ, YURDLARIMIZDA QALAN MƏZARLIQLARIMA, UŞAQLIQ İLLƏRİNDƏ GƏZDİYİM SAF HAVASI OLAN DAĞ MEŞƏLƏRİMƏ BUZ KİMİ ŞIRIL AXAN BULAQLARIMA...
Bu məktubu yazarkən acı göz yaşları içərisində yazıram, doğma ATA-ANA YURDUM....
Bilirəm ki, məni qınayacaqsınız. Mən Sizi çox yaxşı başa düşürəm və Sizin məni qınaq etməyə çox böyük haqqınız vardır. Demirəm ki, mənim günahlarım yoxdur. Günahlarım olmasaydı 25 ildir doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun Hovuslu kəndimi, Doğma Qarabağımızı, Zəngəzurumuzu, digər işğalda qalmış İgid ərənlər yetirmiş Ata-baba yurdlarımızı itirib acı göz yaşları ilə bu məktubu yazmazdım...
Mən bu məktubu yazmağa məcburam. Yazıram və yazacam...
Siz məni bağışlamasınız da, mən Sizi heç vaxt UNUTMAYACAM.
HƏSRƏT AĞLAYIR...
Sumqayıtdan Hovusluya, elimə,
Yolu bağlı görüb qəlbim ağlayır.
Alışıb içimdəki yanan közümə,
Deyə bilmədiyim sözüm ağlayır.
Danışma qardaşım, danışma hələ,
Yurdsuz qalmışıq Vətəndə belə.
Düşmüşük fitnəyə, düşmüşük felə,
Yaza bilmədiyim sözüm ağlayır.
Yurdumun həsrəti üzübdü məni,
Saçıma salıbdır vaxtsız ağ dəni.
Ağladıb qəlbimi, veribdi qəmi,
Yolu bağlı görən gözüm ağlayır.
Boylanıb yollara baxdım yoruldum,
Gözümün kökündən saralıb soldum.
Qocalıb axırda lap ahıl oldum,
Səbrim ağlayır, dözüm ağlayır.
Əhvalım dəyişir hər gün, hər gecə,
Mən yurdsuz-yuvasız yaşayım necə?
Bu dərdi qəlbimdə daşıyım necə?
Qələmim qan tökür, sözüm ağlayır.
Yurdsuz zəhər olub suyum, çörəyim,
O müqəddəs yerdir mənim gərəyim.
Ədalətəm, burda qəlbim, ürəyim,
Oralarda qalan izim ağlayır...
Sizin o yaralı qəlbinizi ovundurmağa çalışardım, ancaq bilirəm ki, bu mümkün deyil. Bilirəm ki, mənim fikirlərim hamısı Sizin üçün boş və mənasızdır... Bilirəm ki, sizin üçün şeir yazıb, sözlər qoşaraq min tərif etsəm də belə heç bir xeyri də olmayacaqdır...
YURDUM-YUVAM TALAN OLUB
Qarabağım yad əllərdə,
Qız gəlinim oldu girov.
Ah-naləsi ərşə qalxıb,
Yurdum-yuvam talan olub.
Cəbrayılda yurdum qalıb,
Yaddan çıxmır o ellərim.
Müjdə dolu o günlərim,
Yurdum-yuvam talan olub.
Gül-çiçəkli bağçam solub,
Bağça-bağım viran olub.
Səbr kasam vallah, dolub,
Yurdum-yuvam talan olub.
Bu nə halət, bu nə dövran,
Yadımdan heç çıxmır bir an.
Niyə belə gəldi zaman?
Yurdum-yuvam talan olub.
Bilməz idim kədər, ələm,
Əlimdəydi kitab-qələm.
Yurd həsrəti mənim şələm,
Yurdum-yuvam talan olub.
Gül-çiçəyin üzərdim mən,
Demirəm ki, bezərdim mən.
O, dağlarda gəzərdim mən,
Yurdum-yuvam talan olub.
Ay Ədalət, gəlsin səsin,
İçindəki yurd həvəsin.
Azad olsun yurd qəfəsin,
Yurdum-yuvam talan olub.
Bilirəm ki, bu yaraları sağalda biləcək bir məlhəm, bir loğman yoxdur. Bir də bilirəm ki, bu dərdi, bu acıları, bu kədəri özünüz və Uca Tanrıdan başqa heç kim duyaraq yaşaya bilməz. Axı bu acı həyatı siz yaşayırsınız...
Nə edəsiniz? Buna məcbursunuz...
Diliniz də yoxdur ki, qoynunuzda böyüdüb, boya-başa çatdırdığınız qulağı eşidən, danışa bilən, əl-ayağı olub qoynunda saxlayıb böyütdüyünüz, dərdlərinizə şərik olacaq bir şəxsi, mən Ədaləti, yaxud da, yağı düşmənlər tərəfindən hüquqlarınızı pozaraq, qoynunuzda döyüş səngərləri, silah, sursat anbarları tikməsindən, qəlbinizi və ruhunuzu barıt qoxusu ilə zəhərlədiklərinə görə Haqq-Ədaləti haraylayasınız...
Mən və digər vətən övladlarından da küsməyə haqqınız vardır...
V Ə T Ə N
Salam, ey Vətən, canımsan, Vətən!
Xalqımız üzülüb, qalıbdır, Vətən!
Parçalanıb parça-parça olubsan,
Dözə də bilmirəm yarana,Vətən!
Ayrı düşdük yurdumdakı evimdən,
Elə bil ki, ürəyimin telindən,
Şah damarım kəsilibdir dibindən.
Dözə də bilmirəm yarana, Vətən!
Namərdin ayağı yurda dəyməsin,
İgidlər düşmənə başın əyməsin.
Boran, çovğun bu ellərdə əsməsin,
Dözə də bilmirəm yarana, Vətən!
Namərd əllər uzanmasın yurduma,
Qüvvət gəlsin millətimə, orduma,
Gün gələcək çatacağam arzuma.
Dözə də bilmirəm yarana, Vətən!
Ya Rəbbim, Ədaləti ruhuna qaytar,
Bulağına, çeşməsinə, suyuna qaytar,
Pərişan Qarabağa, yurduna qaytar.
Dözə də bilmirəm yarana, Vətən!
Dözmək də olmayır bu yaralarına, ağrı-acılarınıza...
Mən isə bir vətəndaş olaraq Ulularımızdan bizə ərmağan edilmiş bu gözəlliklərə biganə qaldım...
Vətən müqəddəsdir, vətən ülvidir. Vətənimin hər yeri - dağı, daşı, torpağı, suyu, səması mənim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığım yerin, oxuyub təhsil aldığım, boya-başa çatdığım torpağımın keçmişini, bu gününü yaxşı bilməsəm, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasam, mən əsl vətəndaş ola bilmərəm.
Müstəqil Azərbaycan dövləti mənim Vətənimdir və mən bu diyarı həyatım qədər sevirəm. Mən bu diyarın oğluyam, lazım gələrsə, canımı da, qanımı da, Vətənimin yolunda fəda etməyə hazıram.
Əzizim mənim. Mən hələ də dünyanın yaranışından bu günkü günədək sizin çəkdiyiniz əzablarınızı anlamamışam...
Əgər anlamışıqsa, bəs niyə biz sizinlə birlikdə deyilik?...
Sizinlə bərabər əsirlikdə qalmış, ah-naləsi göyün yeddinci qatına çatan qız-gəlinlərimizin, oğullarımızın səsini, ömürlərinin tumurcuqlanmış dövrlərində Şəhid olmuş İgidlərin yarımçıq talehini mən hara yazım?
Nə qədər canımda can varsa, unuda bilmərəm mən ATA YURDUMU.
Yazıram, ürəyimi boşalmaq üçün...
CƏBRAYIL
Gözlərim yoldadır, qulağım səsdə,
Ürəyim döyünür sanki qəfəsdə,
Taqətim tükənib, əhvalım xəstə,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Qalmışam intizar, gözüm yol üstə,
Yurdumun havası qalıb nəfəsdə,
Ağlayıb düşürəm mən üzü üstə,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Ziyarət dağımın lap zirvəsindən
Ayı bulağının saf çeşməsindən,
Ayrıla bilmirəm xoş nəşəsindən,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Ürəyim kədərlidir, sıxılır hərdən,
Danış torpağımdan, danış vətəndən.
Ağlayır Xan Çinarım, o da kədərdən.
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Uca dağlarımın zirvəsi qarlı,
Ədalət vətənsiz olub zavallı,
Əhvalı pərişan, özü xəyallı,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Axı mən neçə ayrı yaşayım sizsiz, dogma yurdum?
Artıq az müddət deyil ki sizdən ayrılmışam. 25 ildir Sizin görüşünüzə gələ bilmirəm. Sonuncu dəfə avqust 1993-cü ildə düşmənlər ilə üz-üzə gəldim doğma rayonumda... Mən əli yalın, düşmənlər isə silahla, tankla... Heç nə edə bilmədim sizə, doğma yurdlarım...
DÖZMÜRƏM
Hədsiz bağlanmışam ana torpağa,
Əlçatmaz xəyalım uçur o dağa.
Həyatım dönübdür solmuş yarpağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
Bir quş olub uçam gedəm o dağa,
Qanad çalam, qonam kəhriz, bulağa,
Salam verəm Xan Çinara, budağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
Qoyma ümidimə yağış, qar yağa,
Baxıram ümüdlə sola, həm saga,
Qurmusan yoluma səddlə qadağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
Danışıb gülmədim sizsiz, ay ellər,
Üstümüzdən əsibdi boranlı yellər.
Həsrətdən ağardı başımda tellər,
Dözmürəm həsrətə, bu ayrılığa.
Dağların başını duman çən alıb,
Qəlbimin sevinci o yurdda qalıb.
Uşaqlıq illərimə xoş izlər salıb,
Dözmürəm həsrətə, bu ayrılığa.
Nə ola, ay Allah, köçəm o yurda,
Toy-düyünlə qayıdaq vətənə, yurda.
Gücümüzü göstərək o qansız qurda,
Dözmürəm həsrətə, bu ayrılığa.
Ədalət, yollarda qalıbdır gözün,
Ordumuz döyüşdə deyəcək sözün,
Bir daha deməyin, bir az da dözün,
Dözmürəm həsrətə, bu ayrılığa.
Necə dözüm bu ayrılığa, həsrətə…
Neçə illərdir ayrı düşmüşəm ocağımdan, elimdən. Hələ də sizlərə qovuşmaq arzusu ilə yaşayıram. Bu arzularımın çin olması üçün xəyallarımda yollar çəkirəm
Ç Ə K İ R Ə M
Yadımdan çıxmadı bu sabah yenə,
Ötüb keçən illərin dərdin çəkirəm.
Əsən küləklərin həzin mehinə,
Əlimi uzadıb, sığal çəkirəm.
Fələk də bilməyir, nələr çəkirəm,
Dərdlərim ha çoxdu, gizli çəkirəm.
Acı həqiqətdən qurtarmaq üçün,
Dağların qoynunda yollar çəkirəm.
Yollarım uzanır, uzundur yollar,
Kədərli qoynuma sarılıb qollar.
Yaranır başımda çoxlu suallar...
Bir baxın, dərdimi necə çəkirəm.
Qəlbimə yığılıb dolan dərdimi,
Atəşin oduyla yanıb, çəkirəm.
Qalxıbdır tüstüm də uca göylərə,
Bu açıq səmada nalə çəkirəm.
Qəlbimdə alışıb yanan dərdlərə,
Vətənin yolunda dözüb, çəkirəm.
Ürəkdə sızlayıb qalan dərdlərə,
Aşırımlı dağlardan yollar çəkirəm.
Qarabağın dərdi sinə dağlayır,
Gör neçə analar qara bağlayır.
Əsirlərim vətən deyib ağlayır,
O bağlı qapıya yollar çəkirəm.
Bülbül də oxuyur nalə səsiylə,
Haqqını axtarır saf nəfəsiylə.
Oxuyur qəfəsdə öz həvəsiylə,
Qəfəssiz həyata yollar çəkirəm.
Ədalət, qocalma, həyatın əlvan,
Dünyamıza ətirli güllər əkirəm.
Düşünüb fikirlər cəm olan zaman,
Cümləyə çevirib, sözdə çəkirəm.
Günlərin bir günü günortadan başlayaraq "İZZƏT" MMC TƏDRİS MƏRKƏZİNİN qarşısında yanıqlı səslə axşam qaranlıq olanadək oxuyan bülbül elə bil mənim bu ağır, faciəli dərdlərimə dərd caladı.
OXU, BÜLÜBÜL
Bülbül, nalə çəkdin, bu necə səsdi?
Qərib düşən ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta bəsdi.
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta bəsdi.
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı sənin nəfəsin.
Sərvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta bəsdi.
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd gətirmə dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta bəsdi.
Ədalətəm, vətənimə bağlıyam,
Kür, Araza, Xəzərimə bağlıyam,
Qaramanlı Ocağına bağlıyam,
Yandı ürək, hey sızladı, ta bəsdi.
Qeyd etmək istərdim ki, Ata-baba yurdlarımızın işğalı, haqsız olaraq tökülmüş şəhid qanları, əlil olmuş gənclərimizin bu günkü ağr, acıları qarşısında baş əyirəm və…
MƏNİ DİNDİRMƏYİN, GÜLƏN DEYİLƏM
Şəhid qanı ilə boyanır daşlar,
Ağrıyır ürəklər, çatılır qaşlar.
Axır gözlərimdən sel kimi yaşlar,
Məni dindirməyin, gülən deyiləm.
Qoyma igidlərin ağrıya başı,
Əsgərlər gəncdilər, vardı az yaşı.
Ananın naləsi, həm də göz yaşı,
Məni dindirməyin, gülən deyiləm.
Dərd-kədərin olubdur bizə qardaş,
Acı talelərlə olmuşuq yoldaş.
Sirri demək üçün yoxdu bir sirdaş,
Məni dindirməyin, gülən deyiləm.
Ədalət, hardasan, yurd-yuvan harda?
Əsir düşmüş gözəl torpağın darda,
Nə vaxtandı həsrət qalmısan yurda,
Məni dindirməyin, gülən deyiləm.
Müqəddəs yerlərdən gəlmir bir soraq,
Düşmən əlindədi anam Qarabağ,
Tezliklə yerini tutacaqdı haqq,
Vətənin torpağın bölən deyiləm,
Məni dindirməyin, gülən deyiləm.
Nəhayət bu cür itkilər qarşısında xəyalımda yollar çəkirəm və bu yollar ucsuz, bucaqsızdır. Hələ də sizinlə görüşmək üçün çəkdiyim yollar qalıb xəyallarımda... Gecə və gündüzlərim siznlədir, ey ata yurdum.
O YURDA TƏRƏF
Bağlanıb yollarım, qalmışam naçar,
Vicdanım qəlbimdə bir alov saçar,
O ata yurdumda paslanıb açar,
Açacam yolları, o yurda tərəf.
Ömür taheyimdə dərd qapıları,
Gəzirəm, tapacam mərd qapıları…
Vurub əzəcəyəm sərt qapıları,
Açacam yolları, o yurda tərəf.
Yazıram qələmim əsir əlimdə,
Ürəkdə qalıbdır yurd diləyim də.
Əsəcək vətəndə şərq küləyim də,
Açacaq yolları, o yurda tərəf.
Açılsa yollarım, qəlbim açılar,
Bir günəş doğular, şəfəq saçılar,
Ədalət, gəzdiyin yollar açılar,
Açacam yolları, o yurda tərəf.
Məndimlə bərabər bu ağrı, acıalrı yaşayan oğluma…
O Ğ L U M A
Vətən, yurdum işğal olub,
Dözmür artıq məndə ürək.
Qeyrətinə qurban olum,
Qoyma qala, darda Oğul!
Vətənimə girib düşmən,
Əsirlikdə qalıb Obam.
O yurdumda yanmır sobam,
Qoyma qala, darda Oğul!
Qoçalıram, illər ötür,
Yurd həsrəti üzüb məni.
Həyat keçir kələ-kötür,
Qoyma qala, darda Oğul!
Ədalətəm, ömür bitir,
Dağlarımdan soraq gətir.
Ömrümüzə olsun çətir,
Qoyma qala, darda Oğul!
Qanadlanıb uçmaq istəyirəm o yurda tərəf bir qartal kimi…
YOLLARIM BAĞLIDIR…
Yenə qəm gətirdi bu əsən külək,
Dağlara yan aldı, buludla şimşək,
İçimdə qalıbdır yurd adlı dilək,
Yollarım bağlıdır, qalmışam naçar.
Torpaq işğaldır, vətən dardadır,
Vətəni sevənlər ahu-zardadır.
Sevməyənlər isə hələ bardadır.
Yollarım bağlıdır, qalmışam naçar.
Xəyalımda dolaşır o qarlı dağlar,
İşğal altındadır meyvəli bağlar.
Gözlərim yoldadır, ürəyim ağlar,
Yollarım bağlıdır, qalmışam naçar.
Dözməyir həsrətə məndə bu ürək,
Birləşək, bir olaq həyatda gərək,
Birlikdə döyüşək, birlikdə dönək,
Yollarım bağlıdır, qalmışam naçar.
Dözdükcə dözürəm, zülmət içində,
Bir vətən sevgisi yanır içimdə,
İstəyirəm olum zəmisində, biçində,
Yollarım bağlıdır, qalmışam naçar.
Yovşanlı düzlərin ətri sinəmdə
Ürək arzularım qalıb qələmdə.
Toy edərdim öz obamda, elimdə
Yollarım bağlıdır, qalmışam naçar.
Böyük səadətdir ölmək vətəndə,
İgid ölər, adı qalar vətəndə,
Ədalət dəniztək çağlar vətəndə
Yollarım bağlıdır, qalmışam naçar.
İnanıram ki, tezliklə, İşğalda qalmış dədə-baba torpaqlarımız güclü Azərbaycan Ordumuzun qəhrəmanlığı. şücaəti nəticəsində azad olunacaq. Həmin torpaqlarımız yenidən gül-çiçəklərə bürünəcək.
QAFAROV ƏDALƏT İZZƏT OĞLU,
HÜQUQŞÜNAS-ŞAİR
Baxış sayı: 1 599
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Sale Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR