18:16 / 14-09-2026
İnsult keçirən turist vertolyotla tez bir zamanda təxliyə edildi
18:12 / 14-09-2026
Ukrayna Kanada tərəfindən zəmanət verilən 841 milyon dollarlıq maliyyə yardımı alacaq
18:08 / 14-09-2026
Almaniya Müdafiə Nazirliyi Litvadakı briqada üçün zorla əsgər toplayacaq
18:06 / 14-09-2026
İki NATO kəşfiyyat təyyarəsi patrul xidməti göstərir
18:03 / 14-09-2026
Politoloq Kazakov Vitkoff və Kuşnerin səfərinə reaksiyanı izah etdi
18:00 / 14-09-2026
Kallas: "Ukrayna sərhədində qatara edilən hücum Qərb ölkələrini qorxutmaq məqsədi daşıyır"
17:56 / 14-09-2026
Bir kişi yanğını görüb iki çoxuşaqlı ailəni fövqəladə vəziyyət barədə xəbərdar edib
17:52 / 14-09-2026
Metro stansiyası yaxınlığında bir qadını bıçaqlayan kişi saxlanılıb
17:49 / 14-09-2026
Bir qız süni ağac oyuğunda ilişib qalıb və xilasedicilər ona kömək ediblər
17:44 / 14-09-2026
Avtobus qəzasında doqquz nəfər yaralanıb
17:41 / 14-09-2026
Kafedə zəhərlənmədən sonra 23 nəfər xəstəxanaya yerləşdirilib
17:37 / 14-09-2026
Ər arvadını boğub
17:34 / 14-09-2026
Qazanxanada baş verən baş verən yanğında bir kişi və bir qadın həlak olub
17:28 / 14-09-2026
Ağac yoldan keçənlərin üzərinə aşıb, bir nəfər yaralanıb
17:25 / 14-09-2026
Hollandiyada 150 sərnişin daşıyan qatar yük maşını ilə toqquşub
17:22 / 14-09-2026
FSB Ukraynadan qara bazara neçə silahın yol tapdığını hesablayıb
17:15 / 14-09-2026
"Cessna" təyyarəsi qəzaya uğrayıb, ölənlər var
17:09 / 14-09-2026
ABŞ Hörmüz boğazının gündə 10 milyon barelə qədər neft daşıdığını bildirib
17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib
Tarix: 18-02-2021 16:36 | Bölmə: Reportaj
Baxış sayı: 824
Bölməyə aid digər xəbərlər
Tarix: 18-02-2021 16:36 | Bölmə: Reportaj

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək deyib: Muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması geniş sahibkarlar sinfini formalaşdırıb. Ekoloji təmiz havası, tarixi və təbiət abidələrinin mövcudluğu, unikal təbii müalicə mərkəzlərinin olması, müasir yol-nəqliyyat və mehmanxana infrastrukturunun yaradılması muxtar respublikada turizmin inkişafı üçün də əlverişli şərait yaradıb. Yeni investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması turizmin inkişafına əlavə stimul verib. Qədim diyarda turizmin mövsümiliyinin aradan qaldırılması, ilboyu turizm xidmətlərinin təqdim olunması və turist cəlbediciliyinin artırılması qış turizminin inkişafına da geniş imkanlar açır. Bu cəhətdən Ağbulaq Xizək Mərkəzinin yaradılması istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malikdir. Tapdıq Əliyev muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, turizm potensialının və əhаli rifаhının yüksəldilməsinə göstərilən diqqət və qаyğıyа görə minnətdаrlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ağbulaq kəndi Sovetlər Birliyi dövründə də havasına və təbiətinə görə mütəxəssislərin diqqətini cəlb etmiş, burada məktəblilərin yay düşərgələri təşkil olunmuşdu. Muxtar respublikanın müxtəlif məktəblərindən olan şagirdlər yay tətilini burada keçirib, kəndin təbiəti ilə tanış olurdular. Lakin 1990-cı illərin acı nəticələri muxtar respublikanın digər əraziləri kimi, kəndə də təsir etmiş, infrastruktur dağılmış, yaşayış çətinləşmiş, kənd əhalisi başqa yerlərə köçmək məcburiyyətində qalmışdı. Bir sözlə, kəndi yenidən qurmaq, inkişaf etdirmək zərurətə çevrilmişdi. Ağbulaqda bu tədbirlərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yaradılması ilə başlandı. Daha sonra kəndin ehtiyacları öyrənildi və turizm istirahət bölgəsi kimi qurulmasına qərar verildi. 2013-cü ildə kənddə quruculuq işlərinə başlanılıb, məktəb, kənd və xidmət mərkəzləri tikilib, yol, elektrik, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşayışı üçün lazımi şərait yaradılıb. 2018-ci ildə isə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Turizmi daha da inkişaf etdirmək üçün kənddəki istirahət mərkəzinin yaxınlığında dağ-xizək mərkəzinin qurulması qərara alındı. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması bu ərazinin seçilməsinə əsas verdi.
Ali Məclisin Sədri deyib: 2 il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublika sakinlərinin istifadəsinə verilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edəcəkdir. Ağbulaq həm yerli, həm də xarici turistlər üçün cazibədar məkana çevrilib. Təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur imkan verəcək ki, mərkəz muxtar respublikanın inkişafında xüsusi rol oynasın. Bura inkişaf etdikcə dövlət büdcəsinə vergilər ödəniləcək, bunun da hesabına yeni iş yerləri açılacaqdır. Həm Ağbulaq, həm də ətraf kəndlərdə yaşayan insanlar daimi işlə təmin olunacaqlar. Bunların hamısı isə inkişafın davamlı olmasının göstəriciləridir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində işlər bundan sonra da davam etdiriləcəkdir. Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərəcək. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradacaq.
“Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün 7 ilə yaxın vaxt sərf olunub. Ötən illər ərzində bu işləri həyata keçirmək üçün insanlar zəhmət çəkib, təşəbbüs göstəriblər”, - deyən Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkür edib. Qeyd olunub ki, turizm bölgəsi muxtar respublika büdcəsi və özəl bölmədə fəaliyyət göstərən şirkətlərin vəsaiti hesabına yaradılmışdır. Ona görə də kollektiv və aid təşkilatlar tikilənləri, qurulanları qorumalı, mərkəz uzun illər muxtar respublikaya xidmət göstərməli, ərazinin təbiəti daha da zənginləşdirilməlidir. Mərkəz gələcəkdə muxtar respublikanın inkişafına töhfə olacaq bu cür bölgələrin yaradılmasına nümunə olacaqdır.
Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək deyib: Kəndin turizm bölgəsinə çevrilməsi üçün layihə həyata keçirildi, evlər yenidən quruldu, həyətlər abadlaşdırıldı. Digər layihəni isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti həyata keçirəcək, kənddəki bütün evlər günəş panelləri, suqızdırıcıları ilə təmin olunacaqdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isə xizək mərkəzində təhlükəsizlik tədbirlərinə diqqəti artırmalıdır. Gənclər və İdman Nazirliyi Gənclər Fondu ilə birlikdə gəncləri buraya cəlb etməli, müxtəlif idman tədbirləri keçirilməli, xizəkçilik idman növünə maraq artırılmalıdır. Kənddə yay turizmi üçün də tədbirlər görülməli, kanatlardan istifadə etməklə zəngin təbiət turistlərə tanıdılmalıdır. Həmçinin kənddə arıçılıq da inkişaf etdirilməli, keyfiyyətli və təbii bal istehsal olunmalıdır. Burada bir gün keçirmək istirahətin ən gözəl formasıdır. Ona görə də daxili turizm inkişaf etdirilməlidir ki, əhali asudə vaxtını səmərəli keçirsin. Sağlam həyat üçün təbiətdə olmaq, açıq havada gəzmək, idman etmək lazımdır. Ərazi bütün bunlara imkan verir. Şahbuz Rayon İcra Hakimiyyəti tikilənlərin qeydiyyatını aparmalı, Ağbulaq Xizək Mərkəzinin saytı yaradılmalı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin səhifəsində mərkəz təbliğ olunmalı, xizəksürmə zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, yerli mütəxəssislər bacarıqlarını təkmilləşdirməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqları artırmalıdır.
Ali Məclisin Sədri deyib: Kənddə ailə təsərrüfatları inkişaf etdirilməli, bu sahədə bacarığı olanlara dəstək göstərilməlidir. Onların istehsal etdikləri məhsullar yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunmalıdır. Turistik bölgənin əhalisinin gəlirləri əsasən turistlərə məhsullarını satmaqla xidmət göstərməklə əldə olunur. Mərkəzdə böyük yeməkxana fəaliyyət göstərir. Bura üçün də məhsullar kənd əhalisindən alınmalıdır. Ərazidə müvafiq istehsal sexlərinin yaradılması imkanı da araşdırılmalıdır.
Gənclər adından danışan Çimnaz Abbasova deyib: “Muxtar respublikamızda uzun illərdir ki, geniş quruculuq işləri həyata keçirilir. Bu gün hara baxsaq, orada müasir məktəb, səhiyyə ocaqları, mədəniyyət obyektləri, gözəl yollar, parklarla qarşılaşırıq. Muxtar respublikada təhsilə çox böyük diqqət və qayğı göstərilir. Bütün bunlar isə gənclərin ictimai həyatda fəal olmasına stimul yaradır. Gənclərin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır. Onların Ağbulaq İstirahət Mərkəzinə ekskursiyaları asudə vaxtın maraqlı keçməsinə səbəb olub. Bu gün Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi isə istirahətin daha mənalı təşkili ilə nəticələnəcəkdir. İstirahətlə yanaşı, burada xizəkçilər yetişəcək ki, onlar bu idman növü üzrə gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər. Biz bunu ancaq sosial şəbəkələrdə və televiziyalarda görmüşdük. Bir gün isə Naxçıvanda görməyi xəyal edirdik. Bu gün xəyallarımız gerçəkləşib”. Çimnaz Abbasova Naxçıvanda ilk xizək mərkəzinin yaradılmasına görə Ali Məclisin Sədrinə gənclər adından minnətdarlıq edib.
Mərkəzlə tanışlıq zamanı məlumat verilib ki, kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilib. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılıb, evlər və yardımçı binalar, elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulub. Həmçinin Ağbulaq kəndində yaşıllaşdırma tədbirləri də görülüb, 15 hektar sahədə ting, 250 hektardan çox sahədə isə toxum əkilib. 2018-ci il iyulun 17-də isə Ağbulaq kəndində xizək mərkəzinin təməlatması keçirilib.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılıb. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılıb, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılıb ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılıb.
Mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılıb. Bu da muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Əgər bu günə qədər turistlər daha çox yaz və yay aylarında Naxçıvana gəlirdilərsə, artıq qış fəslini burada keçirmək onlar üçün maraqlı olacaq və Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcəkdir.
Mərkəzdə təlim keçən türk mütəxəssis Səlahaddin Sunqur deyib: “İki ildir ki, burada təlim keçirəm. İnsanlar xizək sürməyə çox böyük həvəs göstərirlər. Ümid edirəm ki, yaxın gələcəkdə burada yetişən xizəkçilər beynəlxalq yarışlarda iştirak edəcəklər”.
Sonra Ali Məclisin Sədri kanatla ərazini gəzib.
Səlahaddin Sunqur Ali Məclisin Sədrinə üzərində Ağbulaq Xizək Mərkəzi ilə Ərciyəz Xizək Mərkəzinin simvolu olan hədiyyə təqdim edib.
Yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də xidmət göstərəcək
Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.
Fevralın 17-də Ağbulaq kəndində həkim ambulatoriyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.
Ali Məclisin Sədri deyib ki, kənddə feldşer-mama məntəqəsinin həkim ambulatoriyasına çevrilməsi burada Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə əlaqədardır. Çünki buraya hər gün yüzlərlə yerli və xarici turist gələcək. İlkin tibbi yardımın vaxtında göstərilməsi üçün bu ambulatoriya yaradıldı və təcili tibbi yardım avtomobili ilə təmin olundu. Bildirilib ki, əhaliyə ilkin tibbi yardımla turistlərin aldığı travmaların müalicəsi fərqlidir. Ona görə də kollektiv bu sahədə biliklərini artırmalıdır ki, lazımi xidmət göstərə bilsin.
Ambulatoriyanın baş həkim əvəzi Afaq Ramazanova minnətdarlıq edərək deyib ki, kənddə kompleks quruculuq tədbirləri aparılanda kənd mərkəzində fəaliyyətimiz üçün yer ayrılmışdı. Lakin kəndimizin inkişafı və böyük turizm bölgəsinə çevrilməsi səhiyyə xidmətinin əhatə dairəsini genişləndirib. Bu gün istifadəyə verilən ambulatoriya müasir tibbi avadanlıqlarla təmin olunub, kollektiv üçün hərtərəfli iş şəraiti yaradılıb. Biz də çalışacağıq ki, bundan sonra da kənd sakinləri ilə yanaşı, turistlərin də sağlamlıqlarının keşiyində dayanaq.
Məlumat verilib ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, mama, manipulyasiya, qeydiyyat, texniki işçi otaqları və aptek vardır. Səhiyyə ocağı stomatoloji qurğu, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunub.
Sonra Ali Məclisin Sədri “Fiat-Doblo” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim edib.
Ali Məclisin Sədri həkim ambulatoriyasının icbari tibbi sığortaya daxil edilməsi, peyvənd və patronaj xidmətlərinin vaxtlı-vaxtında göstərilməsi, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə tapşırıqlar verib.
Binada fərdi istilik sistemi quraşdırılıb.
Baxış sayı: 824
Bölməyə aid digər xəbərlər
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR




















