22:40 / 02-11-2026
NATO kəşfiyyat təyyarəsi müşahidə edilib
22:27 / 02-11-2026
İsveçrə Avropada siyasi dönüş nöqtəsinə işarə edir
22:23 / 02-11-2026
Rayon administrasiyasının rəhbəri rüşvət işi üzrə həbs edilib
22:18 / 02-11-2026
Hollandiya vandalizm aktından sonra sovet əsgərləri qəbiristanlığında təhlükəsizliyi gücləndirəcək
18:56 / 02-11-2026
Polis əməkdaşlarına hücum edən şəxsə qarşı ittiham irəli sürülüb
18:53 / 02-11-2026
Uşaqlarına işgəncə verən məhkum edilib
18:47 / 02-11-2026
Zelenski Kliçkonu Malyukla əvəz etmək istəyir
18:41 / 02-11-2026
Avropada Rusiya qazının alınması çağırışları güclənə bilər
18:38 / 02-11-2026
Şoyqu Avropanı toya dəvət olunmamış qonaqlarla müqayisə etdi
18:32 / 02-11-2026
Rusiya Qazaxıstanla Türk Dövlətləri Təşkilatına qoşulmağı müzakirə edə bilər
18:27 / 02-11-2026
Tramp Vyetnam müharibəsini bir həftəyə qazana biləcəyi ilə öyündü
17:37 / 02-11-2026
Bir ekspert Polşadakı Alman polisi ilə bağlı məlumatları Tuska qarşı uydurma adlandırdı
17:33 / 02-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: İrana qarşı planlaşdırılan hərəkətlərin siqnalları həyəcanvericidir
17:30 / 02-11-2026
Zelenski Kliçkonu vəzifəsindən uzaqlaşdırmaq üçün dəstək tapa bilmədi
17:27 / 02-11-2026
Ömürlük həbs cəzasına məhkum edilib
17:19 / 02-11-2026
Belçikanın Baş naziri istefa verib
16:40 / 02-11-2026
Gürcüstan Rusiya ilə qarşılıqlı əlaqələrdən gözləntilərini açıqladı
16:36 / 02-11-2026
Ekspert ABŞ-ın İrana nüvə zərbəsinin fəlakətli nəticələrini etiraf edir
16:32 / 02-11-2026
Federasiya Şurası İrana mümkün nüvə zərbəsi ilə bağlı şərh verdi
16:28 / 02-11-2026
Stubb Finlandiyanın müdafiəsini gücləndirməyə çağırdı
16:24 / 02-11-2026
Ekspert ABŞ-ın Polşadakı siyasi böhrana təsir edəcəyinə şübhə edir
20:23 / 01-11-2026
Ov edərkən təsadüfən tanışını güllələyib
20:19 / 01-11-2026
Filippot Polşada Konstitusiya Məhkəməsinin qarşısındakı etirazçıları dəstəklədi və ölkəni AB-dən çıxmağa çağırdı
20:16 / 01-11-2026
ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədi yaxınlığında patrul xidməti göstərir
20:12 / 01-11-2026
İran ordusu Rusiyadan alınan "Su-35" qırıcı təyyarələrinin çatdırılma tarixlərini açıqladı
20:03 / 01-11-2026
Şirkətlər neyron şəbəkələri naminə işdən çıxarılan işçiləri geri qaytarırlar
18:05 / 01-11-2026
Almaniyanın Frankfurt-Mayn şəhərində baş verən iğtişaşlar zamanı 100-dən çox polis əməkdaşı yaralanıb
18:00 / 01-11-2026
Fransada nümayişlərdə təxminən 800 nəfər saxlanılıb
17:54 / 01-11-2026
Oğullarına bir neçə il işgəncə verən qadın məhkəmə qarşısına çıxarılacaq
17:51 / 01-11-2026
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
17:48 / 01-11-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni Ermənistan səfirinin təsdiqindən imtina edilməsi xəbərini təkzib edib
17:44 / 01-11-2026
Zelenski ABŞ-dan "Patriot" raketləri məsələsini təcili olaraq həll etməyi tələb edir
17:36 / 01-11-2026
Şotlandiya Rusiyanı Şetland adaları üçün təhlükə elan etdi
11:07 / 01-11-2026
Noyabr ayında -45°C (-45°F)-ə qədər temperatur düşə bilər
11:04 / 01-11-2026
Amerikalı analitik Zelenskinin danışıqlar üçün şərtlərini tənqid etdi
11:01 / 01-11-2026
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
10:58 / 01-11-2026
Peskov Rusiyanın İrandan zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğunu bildirdi
10:55 / 01-11-2026
ABŞ-da atışma baş verib
“Atam dedi ki, Polad Həşimovun nəşi çatanda hərbi salam ver” - Şəhid polkovnikin qızı
Tarix: 10-02-2021 01:45 | Bölmə: Reportaj
Qəbələ şəhəri Vətən Müharibəsində 38 şəhid verib. Onlardan biri Vətən Müharibəsi Qəhrəmanıdır. Söhbət 44 yaşında şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Abdurahmanov Əfqan Ağasəf oğlundan gedir.
Əfqan Abdurahmanov bu yüksək fəxri adla təltif olunan altı polkovnik-leytenantdan biridir. Silahlı Qüvvələrimizin ən peşəkar zabitlərindən biri olmuş şəhidimiz 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Elə həmin ildə Rəqinə adlı xanımla ailə həyatı qurub.
.jpg)
"Qafqazinfo"ya danışan şəhidin həyat yoldaşı əvvəlcə hərbçi xanımı olmağın çətinliklərindən söz açıb:
“Əfqanla uzaq qohum olmuşuq. Əvvəldən də gördüyüm, bildiyim adam idi. 1999-cu ildə nişanlandıq, iki il sonra da ailə həyatı qurduq. Onda Əfqan ikinci kursda oxuyurdu, 1997-ci ildə hərbi akademiyaya qəbul olmuşdu. 19 il birlikdə ömür sürmüşük. Əfqanın 15 ili ön cəbhədə keçib. Onun kimi, bizim də çətinliyimiz olub. O qədər ayrı qalmışıq ki...
Biz Qəbələdə yaşayırıq, o da Tərtərdə xidmət edirdi. Əfqan müharibə olmayan vaxtda da erməni ilə üz-üzə xidmət edib. Aylarla üzünü görmürdük. 14 gün döyüşdə iştirak edib, 15-ci gün şəhid oldu. O 14 gün ərzində nə gecəmiz oldu, nə də gündüzümüz. Şəhid olan günü səhər tezdən zəng etmişdi. Uşaqları soruşdu. Dedim, sən nə edirsən? Güldü,
qayıtdı ki, heç nə, oturub gözləyirik”.
.jpg)
Şəhidimizin döyüş yoluna gəlincə, Aprel döyüşlərində də ön cəbhədə olan Əfqan Abdurahmanov Vətən Müharibəsi zamanı Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasına rəhbərlik edib. Bu əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də, atıcı silahların və artilleriya vasitələrinin atəş nöqtələri nəzarətə götürülüb. Bundan başqa, Əfqan Abdurahmanov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postun azad olunmasına rəhbərlik edib.
.jpg)
Oktyabrın 10-da Əfqan Abdurahmanovun rəhbərliyi ilə hərbçilərimiz Ağdərə ətrafında yerləşən yüksəkliklərdən birinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirən zaman ona bildirilir ki, 20 dəqiqədən sonra humanitar atəşkəs qüvvəyə minir, hücum əməliyyatı dayandırılsın. Əfqan Abdurahmanov əmrə tabe olur və hücumu dayandırır. Düşmən isə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, hərbçilərimizin olduğu 951-ci yüksəkliyi tankla atəşə tutur. O, partlayış dalğası nəticəsində şəhid olur.

Rəqinə xanım həyat yoldaşının şəhid olmasını bibisindən eşitdiyini deyir:
"Əfqanın şəhid olmasını Bakıda yaşayan bibisindən eşitdim. Saat 11-12 arası idi. Kimsə bizə deyə də bilməyib, çətinlik çəkib. Sonra qayınanam zəng etdi. Soruşdu ki, sənə kimsə zəng edib? Dedim, yox, nə olub ki? Qayıtdı ki, Əfqanın bibisi zəng edib, deyir, hazırlaşın, Qəbələyə gedirik. Həmin an bibisinə zəng etdim, dedim, nə olub, niyə Qəbələyə gəlirsiniz? Dedi, vallah, mən də bilmirəm.
Dedi ki, bibisi oğlu Rüfətə zəng ediblər. Deyiblər, Asəf dayı, Nərgiz xalanı da götürüb kəndə gəlin. Elə deyəndə artıq mən hər şeyi başa düşdüm. Həmişə əziz tutduğum telefonu tulladım. Telefonu da ona görə əziz tuturdum ki, həmişə səsini onunla eşidirdik. Uşaqlar yanımda idi, onlar da hər şeyi başa düşdülər. Axşam olanda bizə zəng edib “Gecəniz xeyrə qalsın” deməmiş yatan deyildi Əfqan... Elə bir atanı itirmək, bununla barışmaq çox çətindir".

Maraqlıdır ki, Rəqinə xanım Əfqan Abdurahmanova Vətən Müharibəsi Qəhrəmanı adının verilməsini də həyat yoldaşının bibisindən öyrənib:
"Əfqana Vətən Müharibəsi Qəhrəmanı adının verilməsini də bibisindən eşitdim. Biz Bakıya Zəfər paradına gedirdik, yolda idik. Çünki ataları uşaqlara demişdi ki, qələbə olacaq, atanız sizi parada aparacaq. Onun sözünü tutmaq üçün uşaqları Bakıya aparırdım. Onun şəhidliyinin bir ayının tamamında qələbə qazandıq, iki ayının tamamında isə fəxri adla təltif olundu".

Şəhid polkovnik-leytenantın birinci kursda oxuyan qızı Hilalə Abdurahmanova isə bizə igid, Vətən Müharibəsi Qəhrəmanı olan atanın övladı olmağın qürurundan danışır:
“Zəfər paradını atamın əsəri imiş kimi izlədim. Bilirdim ki, o da bu qələbədə böyük pay sahibi olub. Paradı izlədikcə elə bilirdim ki, düşmənin vurulmuş tanklarının hamısını atam sıradan çıxarıb. Yaşayanda da qürur duyurdum, indi də qürur duyuram. Atam evin qapısını fərqli döyürdü. Bir dəfə babam qapını atam kimi döydü. Mən də elə bildim, atamdır. Getdim, qapını açdım ki, babamdır. Nə qədər əsəbiləşmişdim... Poçta pul göndərirdi. Ağlım kəsmirdi, pulu iyləyirdim ki, atanın iyi gəlir. Daha bilmirdim ki, o pul atanın göndərdiyi pulun özü deyil. Həmişə elə şeylərdə axtarırdım atamı... Ata özünə ətir alanda, deyirdim, eynisindən mənə də al. O da alırdı”.
.jpg)
Əfqan Abdurahmanov Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovu yaxından tanıyırdı. Abdurahmanova eyni rayondan olan zabit yoldaşının şəhadətə yüksəlməsi ona çox pis təsir edib.
Abdurahmanovun xanımı:
"Polad Həşimovu əvvəldən tanıyırdı. Polad Həşimov şəhid olanda Əfqan məzuniyyətdə idi. Səhər evdən çıxdı. Sonra qayıdıb gəldi ki, heç bilirsən nə olub? Rəngi qaralmışdı. Dedi ki, Poladı vurublar. Mən də çaşıb qaldım, öz-özümə dedim ki, Polad kimdir? Ağlıma da gəlməzdi ki, söhbət Polad Həşimovdan gedir. Polad Həşimovdan üç ay sonra da özü şəhid oldu. Generalın vurulmasını heç cür qəbul edə bilmirdi".

Polad Həşimovla bağlı söhbətə şəhidimizin qızı Hilalə əlavə edir:
"Həmin gün atam məni hazırlığa aparırdı. Polad Həşimovun nəşini Qəbələyə gətirirdilər. Mən də dedim ki, getmirəm, səninlə birgə gözləyirəm. Rayonun girişində iki saatdan çox gözlədik. Atam çox kefsiz, sakit idi. Polad Həşimovun nəşi çatana yaxın maşından düşdüm. Atam dedi ki, yanımızdan keçəndə hərbi salam verərsən. Atam hər dəfə yoldan keçəndə, Polad Həşimovun şəklini harada görürdü, hərbi salam verirdi".

İndi Əfqan Abdurahmanovun şəhidlik zirvəsinə ucalmasından dörd ay ötür. Onun ailəsinin yaşadığı mənzildə, hər şəhid ailəsində olduğu kimi, bir guşə yaradılıb. Forması divardan asılıb, şəxsi əşyaları, bir də şəhid olarkən cibində qalan 17 manat pul xatirə kimi o guşəyə düzülüb...
Qalanı xatirədir...
Baxış sayı: 856
Bölməyə aid digər xəbərlər

12-10-2026, 13:20
Şəhidin adını daşıyan "Sumqayıt-Xəzər" FK ilk start oyununda qalib gəldi-VİDEO+FOTOLAR
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR