22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Sumqayıtda şəhidin xatirəsi əbədiləşdirilib - FOTO
Tarix: 07-02-2021 20:11 | Bölmə: Reportaj

                    Sumqayıtda şəhidin xatirəsi əbədiləşdirilib -FOTO


Bu gün "Vətən Müharibəsi Qəhrəmanı"  XTQ-in baş leytenantı şəhid Adil İbrahimli adına doğulduğu Sumqayıt şəhərində su çeşməsinin açılış mərasimi olub.
Unikal.org xəbər verir ki, çeşmə şəhidin dostları tərəfindən ərsəyə gətirilib.
Qeyd edək ki, Adil Asəm oğlu İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Noyabrın 7-də  Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Vəfatından sonra Prezident İlham Əliyevin sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Sumqayıtda şəhidin xatirəsi əbədiləşdirilib -FOTO
Sumqayıtda şəhidin xatirəsi əbədiləşdirilib -FOTO
Sumqayıtda şəhidin xatirəsi əbədiləşdirilib -FOTO




Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər