14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Milli Məclisin gənclər və idman komitəsində idmançılarla növbəti görüş keçirilib
Tarix: 06-02-2021 01:53 | Bölmə: Reportaj

Fevralın 5-də Milli Məclisin Gənclər və idman komitəsində bir qrup gənc idmançı ilə görüş keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq ənənə halını almış və Gənclər Günü münasibətilə keçirilmiş görüşdə idmançıların həyat və fəaliyyətləri, qarşılaşdıqları çətinliklər, həmçinin bu il üçün nəzərdə tutulmuş beynəlxalq yarışlarda iştirak məsələləri müzakirə olunub.
Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməklə yanaşı, həmin tədbirləri ən yüksək səviyyədə təşkil edən ölkələrdən birinə çevrilib. İdmançılarımızın qazandığı uğurlar, göstərdikləri yüksək nəticələr hamımızı sevindirir.
Söhbət zamanı vitse-spiker 2020-ci ildə hərbi və diplomatik müstəvidə qazandığımız qələbələrin növbəti illərdə də idmançılarımız tərəfindən müxtəlif olimpiadalarda davam etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə iştirak edən idmançılar müxtəlif idman yarışlarında qalib olmaq üçün əllərindən gələni edəcəklərini, şanlı bayrağımızın ucalması, himnimizin səslənməsi üçün var qüvvələri ilə çalışacaqlarını diqqətə çatdırıblar.
Sonda ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar və Vətən müharibəsinin iştirakçıları Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.








Baxış sayı: 442


Bölməyə aid digər xəbərlər