21:32 / 16-02-2026
Xalq artisti vəfat etdi
15:19 / 16-02-2026
10 canavar qeydə alınıb
Bütün xəbərlər
20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu - Video
Tarix: 20-01-2021 19:02 | Bölmə: Reportaj

                    20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olundu


Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

            



Baxış sayı: 497


Bölməyə aid digər xəbərlər