Bütün xəbərlər
Təhsil Nazirliyinin əməkdaşları İsmayıllı və Oğuzda şəhid olmuş müəllimlərin ailələrini ziyarət ediblər - FOTO
Tarix: 31-12-2020 00:21 | Bölmə: Reportaj

Bu gün Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Nazirliyin işçiləri İsmayıllı şəhər 3 nömrəli lisey məktəbin tarix müəllimi, şəhid Famil Əhmədzadə və Oğuz rayonu Sincan kənd tam orta məktəbinin təşkilatçısı, şəhid Rəvan Lətifovun ailə üzvlərini ziyarət ediblər.
Bununla bağlı Nazirliyin əməkdaşı sosial şəbəkədə paylaşım edib.
“Onlara bir daha təşəkkür borcumuzu ifadə etdik. Hər iki şəhid müəllimimiz könüllü olaraq cəbhəyə yollanıb və qəhrəmancasına həlak olublar”, - deyə paylaşımda qeyd olunub.




Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər