14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Lənkəranda şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - Fotolar
Tarix: 08-12-2020 21:51 | Bölmə: Reportaj

                    Lənkəranda şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.
ƏƏSMN-dən "Qafqazinfo"ya bildirilib ki, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər. 
Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.
Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib.
Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.












Baxış sayı: 376


Bölməyə aid digər xəbərlər