21:05 / 16-07-2026
Kurlaeva: "Zaporojye AES-in baş mühəndisi nüvə fəlakətinin qarşısını almaq üçün hər şeyi etdi"
20:54 / 16-07-2026
Filippot Makronu yanğınlarla mübarizə aparmaq üçün vəsait çatışmazlığına görə tənqid etdi
20:51 / 16-07-2026
FESCO-nun keçmiş həmsahibi və prezidenti Moskvada qiyabi həbs edilib
20:47 / 16-07-2026
Zelenski Ukraynanın müdafiə naziri vəzifəsinə müvəqqəti Təhlükəsizlik Xidmətinin rəhbəri Xmaranı təklif etdi.
19:29 / 16-07-2026
Əməkdar jurnalist Səyyad Ağbabalı sabiq polis rəisinin yasında çıxış etdi
17:18 / 16-07-2026
ABŞ Rusiyaya qarşı sanksiyalar haqqında qanuna Lindsi Qrehemin adının verilməsini təklif edib
17:13 / 16-07-2026
İki işçi tikinti sahəsində yıxılaraq ölüb
17:11 / 16-07-2026
İstanbulda saxlanılan Rusiya vətəndaşları cümə günü deportasiya ediləcəklər
17:09 / 16-07-2026
Qadın balta ilə üç avtomobili əzdi
17:05 / 16-07-2026
Türkiyə Ukraynaya dəniz təhlükəsizliyi zəmanətləri verməyə hazırdır
16:59 / 16-07-2026
Raket zərbəsindən sonra qurbanların hüquqları izləniləcək
16:56 / 16-07-2026
Rusiya və Ukrayna həlak olan əsgərlərin cəsədlərini mübadilə etdilər
16:53 / 16-07-2026
Narkotik təbliğatına görə cərimələndi
16:49 / 16-07-2026
Kreml Ukrayna və İran ətrafındakı vəziyyətlər arasında paralellər çəkməkdən çəkinirdi
16:46 / 16-07-2026
Rusiya ABŞ-dan sonra Avropaya mayeləşdirilmiş təbii qazın ikinci ən böyük təchizatçısına çevrilib
16:42 / 16-07-2026
AB Bolqarıstan üçün müstəqil kurs tələb edən Radevi izləyir
16:38 / 16-07-2026
Dövlət Duması Rusiyanın nüvə triadası qüvvələrini Ukrayna pilotsuz təyyarələrinin zərbələrinin əsas hədəfi hesab edir
16:30 / 16-07-2026
Puqaçova Moskvanın mərkəzindəki lüks mənzilin qiymətini aşağı salmağa məcbur oldu
16:23 / 16-07-2026
Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəsi Aİ-ni Ukraynanın mülki şəxslərin qətlini dəstəkləməkdə günahlandırdı
16:17 / 16-07-2026
Politoloq Vuçiçin Kiyev sammitinə niyə getdiyini izah etdi
16:15 / 16-07-2026
Kibercinayət işi ilə əlaqədar Ermənistanda saxlanılıb
20:18 / 15-07-2026
Dünya birincisi adına layiq görülən 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Adil Əliyevlə görüşüblər
20:10 / 15-07-2026
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
20:01 / 15-07-2026
Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir
19:58 / 15-07-2026
Polşa Müdafiə Naziri Ukraynaya qarşı üç tələb irəli sürdü
19:53 / 15-07-2026
İki sakin dəmir yolunu partlatmağa cəhddə təqsirli bilinib
19:49 / 15-07-2026
Fransa anormal istilər səbəbindən fəlakətli vəziyyətlə üzləşir
19:44 / 15-07-2026
Polşada evli cütlüyə hücumdan sonra üç ukraynalı saxlanılıb
19:38 / 15-07-2026
Almaniya Polşada keçiriləcək "İstəklilər koalisiyası" təlimlərində iştirak edəcək
19:34 / 15-07-2026
Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün şərt irəli sürüb
19:31 / 15-07-2026
Fırıldaqçılar tələbəni aldadaraq 80 milyon rubldan çox ziyan vurublar
19:26 / 15-07-2026
Ərazi İşə Qəbul Mərkəzinin əməkdaşı səfərbərliyə mane olmağa çalışan qadına hücum edib
19:22 / 15-07-2026
Zaxarova Qərbi Ukraynaya silah təchizatını dayandırmağa çağırdı
18:22 / 15-07-2026
Tramp Netanyahuya Suriya və Livandan qoşunlarını çıxarmağa çağırdı
18:19 / 15-07-2026
İran ordusu İordaniyadakı ABŞ bazasına hücum etdi və qələbəyə qədər hücumları davam etdirəcəyinə söz verdi
18:15 / 15-07-2026
Britaniya İİKK-nı Avropadakı hadisələrdə iştirakda şübhəli bilir
18:12 / 15-07-2026
Fransanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra polis Parisdəki Şanzelize Meydanını bağladı
18:09 / 15-07-2026
İİKK üç Yaxın Şərq ölkəsindəki Amerika bazalarına edilən hücumların nəticələrini açıqladı
Diplomatik korpusun nümayəndələri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşilikləri gözləri ilə görüblər VİDEO
Tarix: 22-11-2020 22:23 | Bölmə: Reportaj
Baxış sayı: 615
Bölməyə aid digər xəbərlər
Tarix: 22-11-2020 22:23 | Bölmə: Reportaj

Füzuli, 22 noyabr, Məhərrəm Əlioğlu, foto R.Mehdiyev , AZƏRTAC
Noyabrın 22-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.
Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət ediblər.
Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.
Erməni işğalçıları Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Hər şey dağıdılıb, talan edilib. Erməni vandalizmi rayondakı tarixi, mədəniyyət və memarlıq nümunələrindən, mağara və kurqanlardan, türbələrdən və qəbirüstü abidələrdən də yan keçməyib. Bütün bu abidələr yerlə-yeksan olunub.
Xüsusilə vurğulanıb ki, Füzuli sakinlərinin 27 illik yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub.
Diplomatlar rayonun Aşağı Ədürrəhmanlı, Kürdlər kəndlərində və Füzuli şəhərində dağıdılmış qəbiristanlıqlara, mədəniyyət obyektlərinə baxıblar.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, burada gördüyümüz dağıntılar insanda narahatlıq və qəmginlik doğurur: “Vaxtilə Azərbaycanın çiçəklənmiş şəhərlərindən olan Füzuli gördüyünüz kimi erməni vandalları tərəfindən viran qoyulub. Bu, əslində, Ermənistanın əsl simasıdır, əsl mahiyyətidir.
Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin Füzuli şəhərinə bu səfəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı əsasında təşkil olunub ki, onlar öz gözləri ilə işğal dövrü ərzində şəhərə qarşı törədilmiş vandallığı, vəhşiliyi bir daha görsünlər və bunun şahidi olsunlar.
Bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən və ölkəmizə müvəqqəti gəlmiş xarici media nümayəndələrinin də Füzuli şəhərinə səfəri təşkil olunub. Əsas məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Torpaqlarımız işğaldan azad olunana qədər bu barədə danışırdıq, müxtəlif faktları təqdim edirdik. Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun əsaslarla əyani formada təqdim etməkdə çətinlik çəkirdik. Amma hər şey bu gün gözümüzün qarşısındadır və biz durduğumuz bu ərazi də Füzuli şəhərinin qəbiristanlığı olub. Burada uyuyan vətəndaşlarımıza, soydaşlarımıza, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Azərbaycan vətəndaşı kimi hər birimiz qəmginik, çünki gözümüzün qarşısında belə bir viranəlik var. Digər tərəfdən də fəxr hissi keçiririk ki, torpaqlarımız nəhayət işğaldan azad olundu. Onu da əminliklə qeyd edə bilərik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Füzuli şəhəri də Azərbaycanın digər şəhərləri kimi yenidən qurulacaq və inkişaf etmiş regionlardan biri olacaq”.
Düşməndən azad olunmuş postların birinə baxış zamanı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, bu gün Füzuli şəhərinə səfər edən diplomatlar erməni vandalizmini öz gözləri ilə gördülər: “Bu ərazidən bizim dinc sakinlərimiz 30 ilə yaxındır ki, atəşə tutulub. Mülki əhali arasında şəhid olanlar var. Bu da onu göstərir ki, ermənilərin bu torpaqları geri qaytarmaq fikri olmayıb. Bu ərazilərdən qeyri-qanuni istifadə ediblər. Siz burada iqtisadi cəhətdən güclü olmayan Ermənistanın məhv edilən texnikalarını görürsünüz. Yol boyu gördünüz ki, qəbiristanlıları nə günə qoyublar, texnikalarla məzarları qazıb izini itiriblər. Körpüləri, xəstəxanaları, mədəniyyət obyektlərini, məscidləri dağıdıblar. Ümid edirəm ki, siz bu həqiqətləri bütün dünyaya olduğu kimi çatdıracaqsınız”.
Diplomatlar düşmənin Füzuli şəhərinə atdığı "Smerç" raketinin qalıqları olan ərazilərə də baxıblar. Bildirilib ki, döyüşlər gedən vaxtı Ermənistan silahlı qüvvələri qadağan olunmuş silahlardan da istifadə edib.
Dağılmış evini görməyə gələn şəhər sakini Şərafət Hacıyeva diplomatlara deyib: "Bizim evlərimiz ermənilər tərəfindən dağıdılıb. Qoyub getdiyimiz evlərdən əsər-əlamət yoxdur. Hər yer dağılıb, məhv edilib. Bütün bunları erməni vəhşiləri, vandalları edib. Onlar bilirdilər ki, bu torpaqlar onların deyil. Bir gün bu torpaqların sahibi qayıdacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Evlərimizi belə görüb kədərlənirik. Amma bu kədərlə bərabər, böyük sevincimiz var. Torpaqlarımız işğaldan azad olunub. Biz indi səbirsizliklə rayonumuza qayıdacağımız günü gözləyirik”.
Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı diqqətə çatdırılıb ki, bu dağılmış tikili XIX əsrə aiddir. Rayonun işğalına qədər yararlı vəziyyətdə olub. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı erməni vandalları tərəfindən məscid tamamilə dağıdılıb. Göründüyü kimi, ermənilər təkcə Azərbaycan xalqına deyil, onun maddi-mədəni irsinə qarşı da vandallıq hərəkətləri həyata keçiriblər. Məscidin işğaldan əvvəl iki minarəsi olub. Məscidin yalnız bir minarəsinin qalıqları qalıb, digəri tamamilə dağıdılıb. Hacı Ələkbər məscidi respublika əhəmiyyətli tarixi abidədir. Ermənilər Füzuli rayonunda olan bütün məscidlərə qarşı bu cür vandallıq ediblər. Məscidlərdə heyvan saxlayıb, tövlə kimi istifadə ediblər.
Şəhər Mədəniyyət Mərkəzinin yerləşdiyi əraziyə baxış zamanı burada skripkada səslənən musiqi diplomatların marağına səbəb olub.

























Baxış sayı: 615
Bölməyə aid digər xəbərlər
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
26-04-2025, 09:17
Sumqayıtda şəhid Elvin Həsənovun mövludu-VİDEO+FOTOLAR













