14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Yaralı halda yanan tankı əlləri ilə söndürüb, hərbçilərimizi xilas etdi - Video
Tarix: 18-11-2020 13:48 | Bölmə: Reportaj
                   Yaralı halda yanan tankı əlləri ilə söndürüb, hərbçilərimizi xilas etdi -  Video

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirənv hərbçilərimizdən biri də baş leytenant Samir Qasımovdur.Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, tanklarla döyüşə girən 24 yaşlı qəhrəmanımız düşmənin vurduğu yanan tankdakı ekipajı xilas edib.
Daha sonra öz tankı da vurulub və alovlanmağa başlayıb. Bu zaman Samir alovu su ilə söndürə bilməyəcəyini anlayıb və yerdəki qumu götürərək odu yalın əllə söndürüb. Həmin vaxt onun əllərinin içi də yanıb.
Həmin ərəfədə onun olduğu ərazi minaatanlardan atəşə tutulub. Nəticədə qəhrəmanımız yaralanıb. Lakin mübarizəsini davam etdirib və yerdəki silahı götürərək ordakı piyadalara rəhbərlik edib və onları həmin təhlükəli ərazidən çıxarıb. Piyadaları irəli səsləyərək onlarla birlikdə önəmli yüksəkliyi düşmən işğalından azad edib.
Altı qəlpə yarası ilə iki gün döyüşən Samir yaralı olduğunu heç kimə deməyib. O, huşunu itirib yıxıldıqdan sonra onun yaralandığını biliblər.
Samirin bu şücaəti sosial şəbəkələrdə də paylaşılıb. Hətta valideynləri onun qəhrəmanlığından sosial şəbəkələrdə yayılan məlumatları oxuduqdan sonra xəbərdar olublar.
Samirin anası Əsmayə xanım oğlunun şəklini sosial şəbəkədə görəndə həm həyəcanlandığını, həm də qürur duyduğunu deyir.
Samirin anası bildirir ki, onun qəhrəmanlığı bununla da bitmir. O, yarası tam sağalmamış ailəsinin xəbəri olmadan xəstəxanadan çıxıb və yenidən döyüş bölgəsinə qayıdıb.
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

            



Baxış sayı: 448


Bölməyə aid digər xəbərlər