Bütün xəbərlər
Dünyanın nüfuzlu qadın siyasətçiləri bir arada
Tarix: 12-11-2020 00:32 | Bölmə: Reportaj

Dünyaca mötəbər siyasi platformalarından biri olan “Qadın Siyasi Liderləri” (WPL) təşkilatının “Reykyavik Qlobal Forumu” start götürüb. Forum post-pandemiya dövründə qadınların iqtisadi, sosial və siyasi imkanlarının genişləndirilməsi və onların rəhbər siyasi vəzifələrdə iştirakının təmin edilməsi mövzularını əhatə edəcək. Bu barədə “Qadın Siyasi Liderləri” (WPL) təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən, Milli Məclisin deputatı Könül Nurullaeva məlumat verib. Bildirib ki, 3 gün davam edəcək tədbirdə 700-ə yaxın nüfuzlu qadın siyasətçilər, fəallar, beynəlxalq təşkilat rəhbərləri, idarə heyəti üzvləri və dövlət başçıları iştirak edir. Tədbir iştirakçıları arasında ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, Avropa Parlamentinin sabiq Vitse-prezidenti Silvina Koç-Mehrin, Avropa Komissiyasının sabiq Prezidenti Coze Manuel Barroso, Belçika Şahzadəsi Mari Esmeralda, Estoniyanın Prezidenti Kersti Kalyulaid, "CARE İnternational" beynəlxalq təşkilatının Prezidenti Mişel Nun, Norveçin Baş Naziri Erna Solberq, Avstraliyanın sabiq Baş Naziri Yuliya Gillard, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Nqçuka və İslandiyanın hazırki Baş Naziri Katrin Yakobsdottir də var. 
“Qadın Siyasi Liderləri” (WPL) təşkilatında Azərbaycanı ölkə səfiri kimi təmsil edən Könül Nurullayeva tədbirdə  milli bəyanatla çıxış edib.
https://www.youtube.com/watch?v=4WtwRR8KkqY

Sabaha-inamla.az



Baxış sayı: 449


Bölməyə aid digər xəbərlər