14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
ABŞ-ın Yuta Azərbaycan İcması Ermənistanın terrorçu hərəkətlərini pisləyir
Tarix: 24-10-2020 21:47 | Bölmə: Reportaj


ABŞ-ın Yuta Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Salt Lake şəhərində Ermənistanın işğalçı və təcavüzkar siyasətinə etiraz olaraq avtoyürüş və Azərbaycana dəstək aksiyası təşkil edilib.
Diaspora Komitəsindən AZƏRTAC-a bildiriblər ki, üzərində üçrəngli Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin Ermənistan tərəfindən ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.
Avtoyürüşdən sonra Yutanın Kapitol binası qarşısında keçirilən tədbirdə azərbaycanlılarla yanaşı, türk, iraq, ərəb və özbək icmasının nümayəndələri iştirak edib.
Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “Erməni yalanlarına son qoyun”, “Gəncə üçün ədalət”, “Uşaqları öldürməyin”, “Mülki şəxslər toxunulmazdır”, “Erməni terrorçuluğuna son qoyun”, “Biz terrora yox deyirik” kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edən Yuta Dövlət Universitetinin professoru Chuck Tripp işğal altında olan torpaqlarının azad edilməsi uğrunda Azərbaycanın apardığı haqlı mübarizəsini dəstəklədiyini bildirib.





Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər