Bütün xəbərlər
“And içdiyi mərasimin keçirildiyi binaya indi gedib baxsın”
Tarix: 09-10-2020 22:11 | Bölmə: Reportaj

                  “And içdiyi mərasimin keçirildiyi binaya indi gedib baxsın”


"Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı özünə “andiçmə” mərasimi keçirmişdi Şuşa şəhərində. O vaxt Azərbaycan cəmiyyətində bu, böyük rezonans yaratdı, yəni çox böyük təsir etdi".
"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.
"Biz bunu təhqir kimi qəbul etdik. Biz hamımız, istisnasız. Mənə də, yadımdadır, çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamalıyıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin baxsın, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”, - deyə Azərbaycan Prezidenti bildirib.



Baxış sayı: 521


Bölməyə aid digər xəbərlər