Bütün xəbərlər
“İşdəydim, dedilər oğlun 11 tank vurub” - Tahir Misirxanovun ailəsindən reportaj
Tarix: 06-10-2020 21:51 | Bölmə: Reportaj

                  “İşdəydim, dedilər oğlun 11 tank vurub”


"Aprel döyüşləri"nin qəhrəmanlarından biri dörd ildən sonra yenə öz şücaəti ilə fərqlənən və köhnə rekordunu 2 dəfə artıran gizir Tahir Misirxanovun növbəti qəhrəmanlığı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 2016-cı ildə Ermənistanın 6 tankını vuran gizir sentyabrın 27-də başlanan Vətən müharibəsində dünənə kimi daha 11 tank vurub.
"Qafqazinfo"nun əməkdaşları bu gün T. Misirxanovun ailəsi ilə görüşüb.
Anası Yeganə Misirxanova bildirib ki, Tahir uşaqlıqdan tez-tez tank şəkilləri çəkər, sonra da nişan alaraq onları vurduğunu təsvir edərmiş. Bu günün giziri artıq uşaqlıq arzularını gerçəyə çevirir. Lakin indi onun "əsərləri" kağız üzərində yox, kilometrlərlə yüksəklikdən dronlarla çəkilir.
“Azərbaycan Bayrağı” ordeninə və Horadizin fəxri vətəndaşı adına layiq görülən, Lələtəpə zirvəsinin fatehlərindən biri olan Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.









Baxış sayı: 478


Bölməyə aid digər xəbərlər