Bütün xəbərlər
Misirdə Azərbaycan diaspor sədrinin bəyanatı dərc olundu
Tarix: 03-10-2020 13:02 | Bölmə: Reportaj

                Misirdə Azərbaycan diaspor sədrinin bəyanatı dərc olundu

Misirdə Azərbaycan diasporunun sədri tədqiqatçı-alim Seymur Nəsirovun Azərbaycanla Ermənistan arasında müharibənin səbəbləri ilə bağlı bəyanətı “Vətən Sözü” xəbər saytında dərc olunub.
“Qafqazinfo” xəbər verir ki, S. Nəsirov bəyanatında müharibənin səbəblərini belə izah edib:
1. Dağlıq Qarabağ mübahisəli bir ərazi deyildir. O, bütün dünya tərəfindən qəbul olunmuş Azərbaycanın hüdudları daxilində əzəli torpağıdır.
2. 30 ildir ki, Ermənistan Qarabağı və ətrafındakı 7 rayonu da işğal altında saxlayır. Bu günə qədər bu ərazilərdən geri çəkilmir.
3.Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyri şərtsiz çıxmasını tələb edən, BMT təhlukəsizlik şurasının 822, 874, 884, 853 nömrəli 4 qətnaməsi var.
4. Bir çox dünya dövlətləri, İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla çoxlu sayda beynəlxalq təşkilatlar erməni ordusu tərəfindən Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilmiş Xocalı hadisəsini "soyqırım" kimi tanıyıb. 
5. Müharibə Ermənistan ərazisində getmir. 30 ildir ki, Ermənistan Azərbaycan torpaqlarının 20% -ni işğal altında tutur. Bu gün davam edən müharibə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün apardığı savaşdır.
6. Azərbaycanın öz torpaqlarını azad etmək üçün kifayət qədər qüvvəsi olduğu halda o, 1994-cü ildə elan olunan atəşkəs razılaşmasına əməl etmişdir. Tərəflər münaqişəni ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə razılaşıb, lakin heç bir İrəvan rəsmisi bunun üçün səy göstərməyib.
7. Azərbaycan dəfələrlə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. Lakin Ermənistan baş naziri Paşinyan hakimiyyətə gələndən sonra, onun ziddiyətli çıxışları və
sərhədyanı bölgələrdə yaşayan sivil əhalinin öldürülməsi danışıqlar prosesini tamamilə dayandırıb.




Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər