Bütün xəbərlər
Batabat Astrofizika Rəsədxanasında seminar keçirilib
Tarix: 24-09-2020 06:11 | Bölmə: Reportaj
AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız günbərarəliyinə həsr olunmuş seminar keçirilib.
Sabaha-inamla.az-a AMEA Naxçıvan Bölməsinin Mətbuat xidmətindən verilən məlumata görə tədbiri rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev açaraq seminar haqqında məlumat verib.
Daha sonra rəsədxananın elmi işçi Ülvi Vəliyevin “Günbərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi”, kiçik elmi işçilər Vəfa Qafarovanın “2020-ci ildə gün bərabərliyi” və Türkanə Əliyevanın “Payız günbərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda günbərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə günbərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.
Sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.





Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər