Bütün xəbərlər
Fransada Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilir
Tarix: 22-09-2020 13:14 | Bölmə: Reportaj

Azərbaycan xalqının qəhrəman oğlu, Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 ili tamam olur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəşadətli döyüş yolu keçmiş, xalqımızın mərd oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam çərçivəsində Fransadakı səfirliyimiz Əhmədiyyə Cəbrayılovun xatirəsinin anılması münasibətilə xüsusi tədbirlər planı hazırlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də Fransadakı səfirliyimizin dəstəyi və təşkilatçılığı ilə Okcitani regionunun Tarn-və-Qaron departamentinin Vayssak kommunasında Kabertat Partizan Hərəkatının Üçüncü Qusar Polku sıralarında döyüşmüş azərbaycanlı partizanların, xüsusilə də “Xarko” və “Ahmed Mişel” ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılovun xatirəsinə ucaldılmış abidə önündə anım tədbiri keçirilir.
Tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev, Montoban və Vayssak şəhərlərinin, eləcə də ətraf şəhərlərin merləri, Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti və üzvləri, yerli sakinlər, səfirliyimizin əməkdaşları və regionda yaşayan Azərbaycan diasporunun üzvləri iştirak edirlər.
Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib, Fransanın azadlığı uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfir Rəhman Mustafayev, Vayssak şəhərinin meri Frensis Delmas və Kabertat Partizan Dostları Assosiasiyasının prezidenti Mişel Po çıxış edərək Əhmədiyyə Cəbrayılovun həyat yolu, faşist düşərgəsinə göndərilməsi, hərbi xəstəxanadan qaçaraq Kabertat Partizan Üçüncü Qusar Polkuna qoşulması, fransız dostları ilə Müqavimət Hərəkatından iştirakı barədə danışıblar.
 




Baxış sayı: 501


Bölməyə aid digər xəbərlər