17:09 / 14-09-2026
ABŞ Hörmüz boğazının gündə 10 milyon barelə qədər neft daşıdığını bildirib
17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb
Tarix: 18-09-2020 23:18 | Bölmə: Reportaj
Baxış sayı: 726
Bölməyə aid digər xəbərlər
Tarix: 18-09-2020 23:18 | Bölmə: Reportaj
Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub, 4-cü nəsil mobil rabitə xidmətinin əhatə dairəsi genişlənib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüşüb.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov çıxış edərək deyib ki, Naxtel 4G mobil operatoru Ali Məclis Sədrinin iştirakı ilə 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlayıb. 4 ilə yaxın müddətdə keyfiyyətli, sərfəli və kəsintisiz mobil telekommunikasiya həyata keçirilib. Sahibkarlıq subyektlərinin uğurlarının təməlində ölkəmizdə bu sahənin inkişafına göstərilən dövlət qayğısı dayanır və bu qayğı muxtar respublikada da uğurla davam etdirilir. Naxtel mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edir. Kamil Yusifov göstərilən diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni ofis binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış kredit hesabına yaradılmışdır. Cəmiyyət yarandığı gündən işini düzgün qurmasının nəticəsidir ki, həm fəaliyyətini genişləndirə bilmiş, həm də götürdüyü krediti vaxtında qaytarmışdır.
Ali Məclisin Sədri uğurlu və səmərəli fəaliyyətinə görə “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə təşəkkür edərək deyib: Dövlət zəmanəti ilə yaradılmış “Naxtel” 4G mobil operatoru muxtar respublikanın 105 mindən yuxarı sakininə xidmət edir. Cəmiyyətdə 60-a yaxın gənc mütəxəssis çalışır. Hər bir şirkətin fəaliyyətinin əsas məqsədi müştərilərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən, onların razılığını qazanmaqdan ibarətdir. Fəaliyyəti genişləndirməyin əsas yolu da məhz budur. Hazırda muxtar respublikada müxtəlif mobil operatorlar rabitə xidməti göstərir. Bu da bazarda rəqabətin yaranmasını təmin edir.
Bildirilib ki, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin uğurlu fəaliyyət göstərməsinin bir səbəbi də müasir və keyfiyyətli avadanlıqlarla təmin olunmasıdır. Bu avadanlıqların istehsalçısı Çin Xalq Respublikasının “Huawei” şirkətidir. “Huawei” şirkəti ilə qarşılıqlı əlaqələr muxtar respublikaya yeniliklər gətirib.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür edib.
“Müasir iş şəraiti keyfiyyətli xidmət deməkdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, cəmiyyət bu gün yeni ofislə təmin olunur. Qarşıda duran əsas vəzifə bundan sonra da abunəçilərə keyfiyyətli mobil rabitə xidməti göstərmək, müştəri məmnuniyyəti qazanmaqdan ibarətdir.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulayıb, yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, binanın birinci mərtəbəsində satış və xidmət mərkəzi, anbar, ikinci mərtəbəsində isə iş otaqları və 40 yerlik iclas zalı yerləşir. “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötən dövrdə kəsintisiz internet və danışığı təmin etmək üçün 20 baza stansiyası, məlumat hesablama və internet paketlərini idarə edən sistemlər alınıb. Baza stansiyalarından 15-i istifadəyə verilib, 5-nin qurulması isə davam etdirilir. Hazırda cəmiyyət 113 baza stansiyası vasitəsilə abunəçilərə mobil telekommunikasiya – danışıq, SMS, toplu SMS, internet və GPS monitorinq xidmətləri göstərir. Şəbəkə keyfiyyətinin qorunması üçün optimizasiya işləri davam etdirilir. Sürətli abunəçi artımı nəzərə alınaraq ikinci alternativ proqram təminatı sistemi yaradılıb. Hazırda aktiv və ehtiyat olmaqla, 2 məlumat hesablama sistemi proqram təminatının fasiləsiz xidmətini təşkil edir.
Cəmiyyət şəbəkə təminatı üzrə Çin Xalq Respublikasının “Huawei”, mobil telekommunikasiyada billinq proqram təminatı üzrə Türkiyənin “Akgün Yazılım”, rominq xidmətləri təminatı üzrə isə “Azercell” şirkəti ilə əməkdaşlıq edir. Abonentlər ölkənin digər regionlarında milli, xarici ölkələrdə isə beynəlxalq rominq xidmətlərindən istifadə edirlər. 8 ölkədə - Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya, İran, Moldova, Birləşmiş Ərəb Əmirlikləri və Belarusda beynəlxalq rominq xidməti mövcuddur. Xidmətin aktivləşdirildiyi ölkə sayının 25-ə çatdırılması üçün işlər davam etdirilir.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinin Naxçıvanda ofisinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
“Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin deyib: “Şirkətimizə güvəndiyiniz və bizi seçdiyiniz üçün minnətdarlıq edirik. Bizim Naxçıvanla yalnız kommersiya deyil, həm də dostluq əlaqələrimiz vardır. Ümid edirəm ki, ən qısa zamanda Naxçıvanda şirkətin ofisi yaradılacaq”.
Ali Məclisin Sədri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyətin qurulması, mütəxəssis hazırlığı və xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar verib.




Baxış sayı: 726
Bölməyə aid digər xəbərlər
21-07-2026, 00:58
Sumqayıt Dövlət Texniki Kollecinin şəhid məzunu Saleh Nuriyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-07-2026, 18:09
Şəhid polis Ramil Şirinovun doğum günü keçirilib-VİDEO+FOTOLAR
11-06-2026, 16:18
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
31-05-2026, 00:49
Şəhid XTQ giziri Şəhriyar Quliyevin doğum günü keçirilib-VİDEO+FOTOLAR
26-05-2026, 17:34
Bu gün şəhid Rizavan Qayıbovun doğum günüdür-Sabaha-inamla.az
11-05-2026, 03:14
Şəhidlərin adı verilən sinifin açılışı-VİDEO+FOTOLAR
12-03-2026, 01:28
Şəhidin adı verilən sinifin açılışı oldu-VİDEO+FOTOLAR
20-02-2026, 09:27
Kəşfiyyatçı şəhid Tacəddin İsmayılzadənin xatirə gecəsi-VİDEO+FOTOLAR
9-02-2026, 23:24
Şəhid Asim Camalzadənin doğum günündən-VİDEO+FOTOLAR
26-01-2026, 23:54
Şəhid leytenant Balakişi Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
16-01-2026, 00:48
Şəhid Anar Qorçuyevin və Ramil Quluyevin doğum günündən-VİDEO+FOTOLAR
13-01-2026, 23:30
Şəhid general Polad Həşimovun doğum günündən-VİDEO+FOTOLAR
23-12-2025, 13:11
Şəhid atası Hacı Əhmədin Musiqi Kollecində dunya azerbaycanlılarının həmrəyliyi münasibətilə layihəsi-VİDEO+FOTOLAR
9-12-2025, 21:57
QHT 35 İllik yubileyini qeyd etdi-VİDEO+FOTOLAR
29-11-2025, 22:09
Şəhid Natiq Baxşalıyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 23:05
Şəhid Rəhman Məmmədovun anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 20:31
Şəhid Elgin Abbaslının anım günündən-VİDEO+FOTOLAR
14-11-2025, 13:44
Şəhid Təbriz Alməmmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
14-11-2025, 12:42
Sumqayıtda şəhid Səbuhi Həsənquliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
3-11-2025, 22:19
Şəhid leytenant Ülvü Məhərrəmovun anım günündən-FOTO+VİDEOLAR
2-11-2025, 20:04
Şəhid kəşfiyyatçı mayor Taleh Kərimovun anım günündən-VİDEO+FOTOLAR
30-10-2025, 10:37
Sumqayıtda şəhidlik zirvəsinə ucalmış Akif Cabbarovun anım günü keçirilib-VİDEO+FOTOLAR
28-10-2025, 10:18
Deputat Zaur Şükürov şəhid Müşfiq Bəktiyevin anım günündə çıxış etdi-VİDEO+FOTOLAR
24-10-2025, 02:01
Şəhid Şəhriyar Quliyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 23:05
Şəhid Ramil Quluyevin anım günü keçirilib-VİDEO+FOTOLAR
23-10-2025, 21:14
Şəhid Fərhad Fərhadlının anım günü keçirilib-VİDEO+FOTOLAR
20-10-2025, 09:21
Sumqayıtda şəhid Elmar Nəsibovun anım günündən-VİDEO+FOTOLAR
20-10-2025, 01:16
Sumqayıtda şəhid Elçin Hüseynovun anım günü keçirilib-VİDEO+FOTOLAR
17-10-2025, 20:51
Sumqayıtda şəhid Nadir Rzayevin anım günü keçirilib-VİDEO+fotolar
16-10-2025, 16:01
Sumqayıtda Rüfət Mustafayevin anım günü keçirilib-VİDEO+FOTOLAR
11-10-2025, 01:29
Sumqayıtda şəhid Abdulla Əhmədovun anım günü keçirilib-VİDEO+FOTOLAR
9-10-2025, 12:55
Sumqayıtda şəhid Emil Əliyevin anım günündən-VİDEO+FOTOLAR
29-09-2025, 10:46
Sumqayıtda Anım Günü münasibətilə şəhidlərin xatirəsi yad edilib
25-07-2025, 17:49
Sumqayıt şəhərində Saleh Nuriyevin mövludundan-VİDEO+FOTOLAR
18-07-2025, 22:28
Sumqayıtın tarixi muzeyində mətbuatın 150 illik yubileyi ilə bağlı tədbir keçirilib-VİDEO+FOTOLAR
13-07-2025, 20:43
Sumqayıtda Tovuz döyüşləri və Qubadlı şəhidlərinin anım günü keçirilib
14-06-2025, 21:33
Milli qəhrəman Şükür Həmidovun oğlu məzun oldu-FOTOLAR
26-05-2025, 12:38
Sumqayıt şəhərində XTQ-nin giziri, "Qarabağ" ordenli şəhid Şəhriyar Quliyevin 35 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
23-05-2025, 00:23
Birinci Qarabağ müharibəsinin şəhidi Səyavuş Məmmədovun ildönümü keçirilib-VİDEO+FOTOLAR
10-05-2025, 00:18
Sumqayıt şəhərində kəşfiyyatçı şəhid Nail Məmmədovun 50 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













